Ana səhifə / Siyasət / Putinin Qarabağla bağlı 3 şərti masada – Politoloq

Putinin Qarabağla bağlı 3 şərti masada – Politoloq

Ötən ilin noyabr ayının əvvəlində inandığım mənbədən aldığım məlumata görə belə bir fikir irəli sürdüm ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdən əvvəl Qarabağla bağlı 3 şərtini dəqiqləşdirib. Məlumdur ki, Ərdoğan ötən il Putinlə görüşdə bir neçə dəfə Dağlıq Qarabağ münaqişəsinin həlli vacibliyini bildirib. Putinin Ərdoğana cavabı belə olmuşdu ki, Qarabağ çox mürəkkəb problemdir və Azərbaycanla Ermənistan mövqeləri diametral dərəcədə bir-birindən fərqlənir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, baş verənlərə baxmayaraq, Ərdoğan yenə Putinlə görüşdə Qarabağ mövzusunu qaldırmağa hazır idi:

“Ona görə də Putinin bu mövzuda nəsə ev tapşırğı olmalı idi və onun xarici siyasətinə cavabdeh olanlar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 3 şərtini konkretləşdirdilər.

Birinci şərtə görə, Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır.

İkinci şərtə görə, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır.

Üçüncü şərtə görə, münaqişənin həlli mərhələsində Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir.

Bu fikirləri səsləndirməyimdən 6 ay keçib. Yenə eyni tələblərin gündəmə gəldiyinə dair bilgi almışam. Mən həmin 3 şərti dilə gətirəndə Ermənistanda nisbi sakitlik, Serj Sərkisyanın mövqeləri güclü, Nikol Paşinyan sıradan bir deputat idi və geniş əhatədə tanınmadığından hakimiyyətə gələcəyini kimsə ehtimal edə bilməzdi. Üstəgəl Serj Sərkisyan Avropa İttifaqı ilə saziş imzalasa da, Rusiyadan qopmağa çalışmırdı.

İndi isə sadalanların hamısı baş verib, Serj Sərkisyan hakimiyyətini itirib, yeni gələn Nikol Paşinyan isə Qərblə yaxınlaşmaq istəyir. Bu baxımdan mənim noyabrda yazdığım 3 şərtin aktuallığının artdığını hiss edirəm”.

Elxan Şahinoğlu yaxın günlərdə Bakıda rusiyalı ekspertlə görüşdüyünü deyib: “O məni inandırmağa çalışdı ki, Rusiyanın hakimiyyət dairələrində Paşinyana inanmırlar, hətta iş o yerə çatıb ki, hakimiyyətdə və mediada qatı rus millətçiləri belə Ermənistanı kəskin tənqid etməyə başlayıblar. Yəni həmin ekspertin mənə dediyi sözlərdən aydın olurdu ki, Ermənistan Rusiyanın nökəri olmasına baxmayaraq ağasına qarşı üsyan bayrağını qaldırıb və Moskva Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq istəyir.

Rusiyalı ekspert mənə dedi ki, əgər Azərbaycan Avrasiya İqtisadi Birliyinə və daha sonra Kollektiv Təhlükəsizlik Müqaviləsinə daxil olarsa, Rusiya Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcək. Mənim ona “kim təminat verə bilər ki, biz bu iki təşkilata üzvlük istəyimizi ortaya qoysaq Rusiya torpaqlarımızın boşaldılması məsələsini həll edəcək” sualıma cavab belə oldu ki, guya Kreml Bakıdan siqnal gözləyir. Hiss edirdim ki, həmin ekspert öz adından danışmır”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …