Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Putinin müharibənin dayandırılmasındakı şəxsi rolunu hamı yadda saxlamalıdır…”

“Putinin müharibənin dayandırılmasındakı şəxsi rolunu hamı yadda saxlamalıdır…”

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi  Dmitri Peskov “Arqumenti i Faktı” nəşrinə geniş müsahibəsində Azərbaycan və Ermənistanla münasibətlər haqda da danışıb.

Jurnalist Peskovdan soruşub: “Qarabağdakı hadisələrdən sonra belə narahatlıq varmı ki, biz Zaqafqaziya respublikalarını dostlar qismində tamamilə itiririk? Ermənistanda daxili çaxnaşmadır, Azərbaycan isə getdikcə Türkiyəyə daha çox can atır…”

 Dmitri Peskovun cavabı belə olub:

 -Bizim Azərbaycanla etimada, qarşılıqlı hörmətə əsaslanan gözəl münasibətlərimiz var. Onlar olduqca çox aspektlərə malik ola bilər, hansı ki, qarşılıqlı fayda gətirir. Ermənistanla da tarixən yaxşı münasibətlərimiz var. Bizim böyük sayda inteqrasiya proseslərimiz var ki, Ermənistana sanballı fayda gətirir. Həm siyasi, həm iqtisadi.

Baş verənlərə gəldikdə isə…Yəqin ki, Putinin müharibənin dayandırılmasındakı şəxsi rolunu hamı yadda saxlamalıdır. Virtualaz.org

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …