Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Putinin kəşfiyyatçını fahişəliyə bənzətməsinin səbəbi var”

“Putinin kəşfiyyatçını fahişəliyə bənzətməsinin səbəbi var”

“Xüsusi xidmət orqanları arasında çəkişmə dünən yaranan məsələ deyil. Casusluq da fahişəlik kimi dünyada vacib peşələrdən biridir”. Rusiya prezidenti Vladimir Putin “Skripal işi” ilə bağlı çıxışı zamanı deyib. Prezidentin kəşfiyyatçılığı fahişəliyə bənzətməsi isə birmənalı qarşılanmayıb. Putin həmçinin əlavə edib ki, Rusiya dəfələrlə Böyük Britaniyadan “Skripal işi” üzrə sənədləri tələb edib:

“Biz dedik ki, bizə sənəd verin, baxaq görək nə edə bilirik, tədqiqat aparaq. Bizim Britaniya ilə cinayət işlərində bir-birinə yardım etmək haqqında razılaşmamız var. Sənədləri bizə verin, əslində nə baş verdiyini öyrənək”.

Onu da xatırladaq ki, 2006-cı ilin 9 avqustunda S. Skripal casusluğa görə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə  13 il müddətinə azadlıqdan məhrum edilib. 2010-cu ilin iyulunda 5 il yarım həbs cəzası çəkmiş  Skripal o vaxtkı prezident Dmitriy Medvedyevin sərəncamı ilə əfv edilib. Böyük Britaniya və ABŞ-a casusluqda ittiham edilən daha üç nəfər məhkumla birgə 2010-cu ilin iyununda ABŞ-da saxlanılan 10 Rusiya xüsusi agenti ilə dəyişdirilən Skripal Britaniyadan siyasi sığınacaq alıb. Bu ilin martında isə Solsberidə keçmiş rus kəşfiyyatçısı Sergey Skripalla qızı Yuliya zəhərləniblər. Londonda buna görə Rusiyanı ittiham edib.

Putinin casusluğu fahişə peşəsinə bənzətməsinə gəldikdə isə sabiq MTN-in sabiq polkovnik-leytenantı İlham İsmayılın sözlərinə görə, əslində Putinin bu cür bənzətməsinin  səbəbi var:

“Bildiyiniz kimi, dünyanın ən qədim peşəsi fahişəlik hesab olunur. Lakin bəzən kəşfiyyatçılar, xüsusən də xüsusi dövlət orqan işçiləri deyir ki, əslində ən qədim peşə casusluqdur. Çünki gözəl xanımı əldə etmək üçün casusa ehtiyac var. Putin də keçmiş xüsusi dövlət orqan işçisi olduğu üçün casusluğun da qədim peşəyə aid olduğunu vurğulamaq istəyib.

Məlum məsələdir ki, dünya informasiya ilə idarə olunur, onun təhlükəsizliyi də informasiya ilə qorunur. Əldə olunan informasiyalar ilə hərəkət olunur. İnformasiya hər bir dövlətin sütunları sayılır. Ona görə də dünyanın böyük dövlətləri kəşfiyyat və əks-kəşfiyyata xüsusi olaraq külli-miqdarda pullar ayırır. Məsələn, İngiltərə, İsrail, Amerika, Rusiya kimi dövlətlərin kəşfiyyata ayırdığı pullar Azərbaycan dövlətinin büdcəsindən dəfələrlə çoxdur. Kəşfiyyat təşkilatlarının gördükləri işlər həddən artıq böyükdür. Putin “Skripal işi” ilə bağlı danışarkən həmçinin bildirdi ki, o, vətən xaini və alçaqdır. Bu onu göstərir ki, Skripalın zəhərlənməsində konkret olaraq Rusiyanın əli, göstərişləri var. Skripalı vətən xaini adlandırmaqla Putin demək istəyir ki, vətəninə xəyanət edəni öldürmək olar”. (Musavat.com)

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …