Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Putin və Ərdoğan telefonda danışdılar

Putin və Ərdoğan telefonda danışdılar

Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.
Moderator.az  xəbər verir ki, prezidentlər Suriyanın Şərqi Quta bölgəsində yaranmış böhranı müzakirə ediblər.
Telefon danışığı zamanı R.T.Ərdoğan V.Putini Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində apardığı əməliyyat barədə məlumatlandırıb. Prezidentlər həmçinin ikitərəfli əlaqələri, habelə apreldə İstanbulda Suriyaya dair Rusiya-Türkiyə-İran sammitinin hazırlıq mərhələsini müzakirə ediblər.
Ərdoğan Suriyada 40-dək hərbçinin ölümü ilə nəticələnən “AN-26” hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı Putinə başsağlığı verib.

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …