Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Putin Qarabağda müharibəni alovlandıra bilər – Avropa mətbuatından sensasion iddia

Putin Qarabağda müharibəni alovlandıra bilər – Avropa mətbuatından sensasion iddia

Rusiyanın Ukraynaya qarşı yürütdüyü siyasət nəticəsində Qərbin Moskvaya tətbiq etdiyi sanksiyalardan sonra bu ölkənin iqtisadiyyatında yaranan böhranın əlamətləri hələ də müşühidə edilməkdədir.
Sanksiyalar Rusiya iqtisadiyyatını çalxalamaqla milli valyuta olan rublun qiymətinin kəskin şəkildə aşağı düşməsinə də səbəb oldu. Düzdür, sonradan Rusiya hökuməti tədbirlər görərək, rublun dollar qarşısında nəzənnəsini nisbətən sabitləşdirə bildi.
Lakin bütün bu tədbirlər Rusiyanı böhranın caynağından tam xilas edə bilməyib. Üstəlik neftin qiymətinin aşağı düşməsi də, Rusiyanı uçuruma aparır. Ekspertlər hesab edirlər ki,  neftin 1 barrelinin qiyməti hətta 30 dollara qədər aşağı düşə bilər.
Neftdən gələn gəlirlərin azalması isə Rusiyanı dövlət büdcəsindəki pullarını ehtiyatla xərcləməyə vadar edəcək. Belə olan təqdirdə, Rusiya prezidenti Vladimir Putinin ölkədəki iqtisadi problemləri unutdurmaq üçün Kremlin nəzarətində olan münaqişələri alovlandıracağı gözlənilir.
Modern.az saytının məlumatına görə Polşanın “Fronda pl” nəşri yazıb ki, Putin problemlərdən diqqəti yayındırmaq üçün postsovet məkanındakı konfliktləri qızışdıra bilər.
“Putin Ukraynadakı müharibəni qızışdıra, Dağlıq Qarabağ münaqişəsini, Dnestryanı konflikti eskalasiyaya gətirib çıxarmaq üçün qərar verə bilər”,-deyə məqalədə bildirilir. (modern.az)

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın