Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Putin Qarabağa görə təcili iclas keçirdi

Putin Qarabağa görə təcili iclas keçirdi

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ iclasda Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyəti müzakirə edib.

Bu barədə “RİA Novosti”yə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyət də müzakirə olunub. Üçtərəfli sazişin bütün müddəalarının təcili həyata keçirilməsinin zəruriliyi vurğulanıb”, – deyə Peskov vurğulayıb.

İclasda Baş nazir Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matvienko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev, Kreml Administrasiyasının rəhbəri Anton Vayno, Daxili İşlər naziri Vladimir Kolokoltsev, FTB direktoru Aleksandr Bortnikov, Müdafiə naziri Sergey Şoyqu, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin iştirak ediblər.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …