Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Putin Donbasa könüllü kimi getmək istəyənlərə kömək etməyə çağırdı – Video

Putin Donbasa könüllü kimi getmək istəyənlərə kömək etməyə çağırdı – Video

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib.

“Qafqazinfo”nun məlumatına görə, Putin Donbasa bu regionun sakinlərinə kömək etmək istəyən könüllülərin göndərilməsini mümkün hesab etdiyini açıqlayıb.

“Əgər görsəniz ki, könüllü olaraq gəlib Donbasda yaşayan insanlara kömək etmək istəyənlər var, siz onları yarı yolda qarşılayaraq kömək edib, döyüş bölgəsinə köçməlisiniz”, – deyə Putin müdafiə naziri Sergey Şoyquya xitabən bildirib.

Rusiya Prezidentinin sözlərinə görə, Ukraynanın Qərb sponsorları bu ölkəyə göndərilmək üçün dünyanın hər yerindən muzdluların toplandığını gizlətmirlər: “Dünyanın hər yerindən muzdluları toplayıb Ukraynaya göndərməyə gəlincə, biz görürük ki, onlar gizlətmirlər, Ukraynanın Qərb sponsorları, Ukrayna rejimi bunu gizlətmir, beynəlxalq hüququn bütün normalarına məhəl qoymadan bunu açıq şəkildə edirlər”.

Şoyqu isə öz növbəsində Yaxın Şərq ölkələrindən olan 16 mindən çox könüllünün qondarma “Donetsk və Luqansk Xalq Respublikaları”nın tərəfində döyüş əməliyyatlarında iştirak etməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Qərb mediası Rusiyanın Ukraynadakı şəhər döyüşlərində iştirak etmək üçün Suriyadan əsgər cəlb etdiyini yazmışdı.

https://ok.ru/videoembed/3522149616234

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …