Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Putin Azərbaycanın dostunu Şuradan çıxardı

Putin Azərbaycanın dostunu Şuradan çıxardı

Rusiya Prezidenti Vladimir Putin tanınmış jurnalist, müxtəlif tribunalarda Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Maksim Şevçenkonu Rusiya Millətlərarası Münasibətlər Şurasının tərkibindən çıxarıb.
“Komsomolskaya pravda” qəzeti xəbər verir ki, bu barədə Putinin imzaladığı “Millətlərarası Münasibətlər Şurasının tərkibinin dəyişdirilməsi haqqında” əmrdə qeyd edilib.

Şevçenko ilə yanaşı, Putin baş nazirin keçmiş müavini Aleksandr Xloponini də Şuranın heyətindən uzaqlaşdırıb. Əvəzində isə Şuranın tərkibinə təhsil naziri Mixail Kotyukov, baş nazirin müavini Vitali Mutko və Rusiya Xalqlar Assambleyasının rəhbəri Svetlana Smirnova daxil edilib.

Əmrdə Aleksandr Xloponin və Maksim Şevçenkonun Şura üzvlüyündən çıxarılma səbəbləri qeyd olunmayıb. 47 üzvdən ibarət Rusiya Millətlərarası Münasibətlər Şurasının rəhbəri Vladimir Putindir.

Xatırladaq ki, Şevçenko mayın 5-də Moskvada keçirilən mitinqlərdə etirazçılarla kazaklar arasında yaşanan toqquşmaya ilə əlaqədar Prezident yanında İnsan Haqqları Şurasının toplanması tələbinə reaksiya verilməməsi səbəbindən Prezident yanında İnsan Haqları və Vətəndaş Cəmiyyətinin İnkişafı Şurasından çıxdığını elan etmişdi.

Maksim Şevçenko bir neçə gün əvvəl Azərbaycana səfər edərək, bir sıra tanınmış rus siyasətçiləri və ideoloqları ilə birlikdə erməni işğalından azad edilən Cocuq Mərcanlıda olub. Bakıda səsləndirdiyi fikirlərdən sonra o, Rusiyada yaşayan ermənilərin və erməni lobbisinin təzyiqlərilə üzləşib. (AzVision.az)

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …