Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Puşkin Azərbaycanda yad edildi

Puşkin Azərbaycanda yad edildi

Dahi rus şairi A.S.Puşkinin anadan olmasının 217-ci ildönümü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və «Sodrujestvo» cəmiyyətinin birgə təşkilatçılığı ilə onun abidəsi önündə tədbir keçirilib.

Respublika «Sodrujestvo» cəmiyyətinin sədri Tatyana Kərimova bildirib ki, belə bir tədbirin keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rolu var.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev, Azərbaycandakı Rus İcması sədrinin birinci müavini Yuri Zenin iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində A.S.Puşkinin doğum günü və digər tədbirlərin rolunun əvəzsiz olduğunu bildiriblər.

Qeyd edilib ki, rus ədəbiyyatının formalaşması və inkişafında misilsiz xidmətləri olmuş A.S.Puşkin təkcə rus xalqı tərəfindən deyil, dünyanın bütün xalqları tərəfindən sevilir.

Tədbirdə Səbail rayon orta məktəblərinin şagirdləri, tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı Rus icmasının nümayəndələri çıxış edib.

Puşkin Azərbaycanda yad edildi
Puşkin Azərbaycanda yad edildi

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın