Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “PUA-larımızla Azərbaycanda, Qarabağda varıq” – Ərdoğan

“PUA-larımızla Azərbaycanda, Qarabağda varıq” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Ümraniyyə rayonundakı Milli Parkın açılış mərasiminə qatılıb.

Tədbirdə çıxış edən dövlət başçısı ölkəsinin xarici siyasətdəki uğurlarını dilə gətirib. O, Türkiyənin öz PUA-ları ilə Azərbaycanda, xüsusilə də Qarabağda mövcudluğunu diqqətə çatdırıb.

“Diplomatiyadan tutmuş hərbi sahədəki uğurlaradək bir çox sahələrdə Türkiyənin nüfuzunu, gücünü dost və düşmənlərə qəbul etdirdik. PUA-larımızla artıq hər yerdə varıq. Liviya varıq, Azərbaycanda varıq, Qarabağda varıq”, -deyə Ərdoğan bəyan edib.

O, həmçinin Suriyada terrorçularla mübarizəni davam etdirəcəklərini də bildirib./Oxu.az

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …