Ana səhifə / Siyasət / Prokurorluq Mövludun intihar səbəbini açıqladı

Prokurorluq Mövludun intihar səbəbini açıqladı

Bakı şəhər Prokurorluğu gənc yazar, jurnalist Mövlud Mövludun özünü 17-ci mərtəbədən ataraq intihar etməsi haqqında rəsmi məlumat yayıb.
Prokurorluqdan azinforum.az-a verilən məlumata görə, martın 15-də saat 02 radələrində Binəqədi rayon sakini, “Teleqraf.com” agentliyinin redaktoru,1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlunun Binəqədi rayonu ərazisindəişlədiyi agentliyin yerləşdiyi binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmışdır.
Rayon prokurorluğu və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilmiş, maddi sübutlar götürülmüş,ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilmiş, çoxsaylı şahidlər dindirilmişvə digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Araşdırmalarla müəyyən edilmişdir ki, M.Abdullayevin intihar etməsinə səbəb ilkin ehtimala görə həyat yoldaşı ilə ailə münasibətlərinin pozulması olmuşdur.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın