Ana səhifə / Siyasət / “Prokurorluq işçiləri həmişə Zakir Nəsirovun işindən razılıq ediblər”

“Prokurorluq işçiləri həmişə Zakir Nəsirovun işindən razılıq ediblər”

Xəbər verildiyi kimi həbsdə olan general Zakir Nəsirovun həyat yoldaşı onun əfv edilməsi üçün prezident İlham Əliyevə müraciət edib.
Müraciətində o, Z.Nəsirovun günahsız olduğunu bildirib və işə yenidən baxılmasını xahiş edib.
Xatırladaq ki, bir müddət öncə Hacı Məmmədov “yeni açılmış hal” üzrə Ali Məhkəməyə müraciət edib. Onun müraciəti hakimin icraatına verilib və hazırda öyrənilir. Ərizə hakim tərəfindən öyrənildikdən sonra müraciətin məhkəmənin plenumuna çıxarılıb-çıxarılmaması ilə bağlı rəy yazacaq. Bu rəyin müsbət olacağı deyilir və beləliklə də ömürlük həbs cəzası alan DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi, “Hacı Məmmədov işi”nə görə ömürlük həbsdə yatan general-mayor Zakir Nəsirovun azadlığa yolunun açılması ehtimalının yüksək olduğu bildirilir.
Qeyd edək ki, bu xəbər yayılanda Moderator.az mövzunun aktuallığını nəzərə alaraq tanınmış hüquqşünaslar Aslan İsmayılov və Qurban Məmmədovun fikirlərini öyrənmişdi. Hər iki müsahibimiz ömürlük həbsdə olan generalı müsbət xarakterizə edərək onun haqsız olaraq ömürlük zindanda yatdığını bildirmişdilər. Dünənsə millət vəkili Çingiz Qənizadə Zakir Nəsirov haqqında təxminən eyni fikirləri səsləndirib.
Moderator.az keçmiş baş prokuror İxtiyar Şirinin də fikirlərini öyrənib.
Maraqlıdır ki, keçmiş baş prokuror İxtiyar Şirin də generalı müsbət xarakterizə edib:
“Mənim Zakir Nəsirovla şəxsi münasibətim olmayıb. Ancaq onu xidməti işi ilə bağlı tanımışam və münasibətimiz normal olub. Onun barəsində prokurorluq işçilərinin münasibətləri normal olub və həmişə onun işindən razılıq ediblər.
Zakir Nəsirovun cəzadan azad edilməsi Ali Məhkəmədə qəbul ediləcək qərardan asılı olacaq. Ali Məhkəmə hesab etsə ki, Zakir Nəsirovun ona verilən ittihamlarda heç bir sübut yoxdur, onu azad etməlidir”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın