Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Prezidentliyə namizədlər maliyyə hesabatı verəcək

Prezidentliyə namizədlər maliyyə hesabatı verəcək

Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkilərində qeydə alınmış namizədlər ikinci ilkin maliyyə hesabatını sabahdan etibarən Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.
Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiya, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri ikinci ilkin maliyyə hesabatını səsvermə gününə ən tezi 20 gün qalanadək, yəni martın 22-dən, ən geci 10 gün qalanadək, yəni aprelin 1-ə dək təqdim etməlidir.

Qeyd edək ki, Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. (AzVision.az)

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …