Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Prezidentliyə namizəd: “Qabağıma “spisok” qoyub, nazirləri söyməliyəm?”

Prezidentliyə namizəd: “Qabağıma “spisok” qoyub, nazirləri söyməliyəm?”

“Kimi lazımdırsa, tənqid edirəm, əvəzində də cavabımı, payımı alıram”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında teledebatlarda yüksək məmurları tənqid edərkən, konkret ad çəkməməsi haqda iradlara münasibət bildirən prezidentliyə namizəd Hafiz Hacıyev deyib:
“Kim deyir ki, mən ad çəkmirəm? Hər gün neçə məmuru tənqid edirəm. Bu tənqidlərə görə də cavabımı verirlər, payımı alıram. Elə dünən əlimdəki materialları prokurorluğa çatdırması üçün Əli Əhmədova təqdim etdim. Bundan artıq nə eləməliyəm?
Ümumiyyətlə, bilmirəm, niyə hamı məndən kimisə söyməyimi gözləyir? Bu, düzgün yanaşma deyil. İndi qabağıma “spisok” qoyub hər gün nazirləri söyməliyəm?
Kimin haqqında lazımdırsa, danışıram. Yaxşı olar ki, məndən söyüş gözləyənlər açıqladığım faktları araşdırsınlar”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …