Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Prezidentlərin görüşünün dəqiq tarixi məlum deyil” – AÇIQLAMA

“Prezidentlərin görüşünün dəqiq tarixi məlum deyil” – AÇIQLAMA

“Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün dəqiq vaxtı hələlik məlum deyil. Biz hər iki ölkənin paytaxtına səfər edəcəyik və bu bizim müzakirə edəcəyimiz məsələlərdən biridir”.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanda səfərdə olan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

C. Uorlik bildirib ki, Ermənistanın xarici işlər naziri və prezidenti ilə danışıqlar aparacaq: “Biz danışıqlar prosesində növbəti addımları müzakirə edəcəyik. Hər iki prezident dialoqun intensizləşməsinə dair niyyətini ifadə edib və həmsədrlər onlara müzakirələri asanlaşdırmaqda kömək edəcək”.

Qeyd edək ki, C. Uorlik Ermənistana iyunun 9-da səfər edib.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın