Ana səhifə / Siyasət / Prezidentin Zəngəzur XƏBƏRDARLIĞI – “Brüssel görüşü baştutmaya bilər”

Prezidentin Zəngəzur XƏBƏRDARLIĞI – “Brüssel görüşü baştutmaya bilər”

Prezident İlham Əliyev dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət evində yaradılan şəraitlə tanışlıqdan sonra qəsəbə sakinləri ilə görüşü zamanı bir neçə diqqət çəkən məqama toxunub. Ölkə başçısı deyib ki, Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi: “Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər. Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxırlar, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq”. Politoloq Qabil Hüseynli məsələni Modern.az-a şərh edərəkən deyib ki, dəhlizin açılmasına maneələr törətmək istəsələr, Azərbaycan da 80 il əvvəl Ermənistana verdiyi torpaqlardan dəhliz açmaq üçün başqa təsirli vasitələrdən istifadə edə bilər: “Prezident haqlı söz deyib. Çünki biz onların nazı ilə hərəkət edə bilmərik. Erməni toplumu nə öz xeyrini, nə də məsuliyyəti dərk edir. Ermənistanın baş naziri Zəngəzur dəhlizinin açılması ilə bağlı Moskvada Putinin hüzurunda söz verdi. Onlar elə düşünürlər ki, Zəngəzurun açılmasının qarşısını almaqla Azərbaycana ziyan vururlar. Amma həmin yol Azərbaycana yalnız Naxçıvana getmək üçün lazımdı. Burada əsas məsələ Sovet İttifaqı dövründə olan kommunikasiyaların açılmasıdı. Bu da hamıdan çox Ermənistana lazımdı. Hamı üçün sərfəli olan, bölgənin çiçəklənməsinə xidmət edəcək bir ideyanın qarşısını almaq məqsədi ilə maneələr yaratmaq istəyirlərsə, o zaman Azərbaycan təxminən 80 il əvvəl Ermənistana verilmiş torpaqlardan koridor açmaq üçün əlimizdə olan başqa təsirli vasitələrdən istifadə edəcək. Bunun başqa yolu yoxdur”. Politoloq Brüsseldə baş tutacaq görüşlə bağlı məsələyə də toxunub. O, dekabrın 15-nə planlaşdırılan görüşə çox ümid bağlamadığını vurğulayıb: “Rusiya bu görüşlə bağlı çox ehtiyatlı davranır. Kreml mətbuata keçiriləcək görüşün normal olduğunu desə də, Cənubi Qafqazın bütün problemlərini öz əlində saxlamaq istəyir. Brüssel görüşünü təşkil edən Ermənistanı müdafiə edən dövlətlərdir. Bundan əlavə, Brüssel görüşündən əvvəl xarici işlər nazirləri görüşməli idi. Bu görüşü də onlar təxribat törədərək pozdular. Erməni parlamentinin bir çox üzvlərini Qarabağın dağlıq hissəsindəki separatçıların yanına gətirərək, Azərbaycanın suverenliyinə qəsd etdilər. Azərbaycan da bu səbəbdən görüşdən imtina etdi. Mən gözləyirəm ki, Brüssel görüşü alınmasın. Çünki görüşün hazırlanması xarici işlər nazirlərinin görüşündən asılı idi. Əgər bu görüş baş tutmayıbsa, deməli görüşün gündəliyi hələ formalaşdırılmayıb. Əgər proseslər normal davam etsə, düşünürəm ki, gələn ilin ortalarına qədər ya Ermənistanın razılığı, ya da Azərbaycanın anti-terror əməliyyatları vasitəsi ilə bu işin baş tutması mümkün ola bilər”.PAYLAŞ:

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …