Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Prezidentin xidmət rəisi təyin etdiyi xanım kimdir?

Prezidentin xidmət rəisi təyin etdiyi xanım kimdir?

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yeni rəis təyin edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Səbinə Xalid qızı Hacıyeva Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.
Qeyd edək ki, S.Hacıyeva Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru və memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri olub. Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin müxbir üzvüdür.
1994-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) bitirib.
JICA-Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən Tokio şəhərində təşkil edilmiş “Yaşayış tikintisinin siyasəti” kursunda, Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən təşkil edilmiş RSEP proqramında iştirak edib və Mayami Universitetində stajartırma keçib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən “Abidələrin bərpası və mühafizəsi” elmi-tədqiqat laboratoriyasında müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin üzvüdür. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Tərəqqi” medalı və “Əməkdar memar” fəxri adı ilə təltif olunub.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …