Ana səhifə / Siyasət / “Prezidentin tənqid etdiyi məmurlar Rusiyanın adamlarıdır”

“Prezidentin tənqid etdiyi məmurlar Rusiyanın adamlarıdır”

Ötən gün Prezident İlham Əliyev AzTV-yə müsahibəsində hakimiyyətdə yüksək post tutan bəzi məmurları sərt şəkildə tənqid edib. Ölkə başçısı məmurların Şuşa şəhərinə göz tikdiyini vurğulayıb:

“İndi müvəqqəti idarəetmə strukturu yaratmışam. Nəyə görə? Çünki mən görürəm, bilirəm, artıq gözlər dikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, bu torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində, öz işi ilə məşğul olsun”.

Maraqlıdır, həmin məmurlar üçün hansı çıxış yolu qalıb?

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında adıçəkilən məmurların hamısının ölkədə “beşinci kolon”un tərəfdarları olduğunu vurğulayıb: “Mən burada məsələnin siyasi tərəfinə qiymət vermək istəyirəm. Adı çəkilən məmurların hamısı ölkədə “beşinci kolon”un tərəfdarları, Rusiya ilə sıx əlaqəsi olan adamlar kimi tanınır. Ona görə də ölkədə təmizlənməyə çox böyük zərurət var. Azərbaycanın müstəqillik əldə etməsi, Qarabağ müharibəsində əldə etdiyi nailiyyətləri yeni zirvəyə qaldırması onu gərəkdirir ki, bu ölkə hakimiyyətdə olan beşinci kolondan təmizlənsin. İlham Əliyevin verdiyi bəyanatı bu kontekstdən qiymətləndirirəm. Mənə elə gəlir ki, təmizləmə davam edəcək”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …