Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Prezidentdən məcburi köçkünlərin yemək və kommunal xərcləri haqda iki – SƏRƏNCAM

Prezidentdən məcburi köçkünlərin yemək və kommunal xərcləri haqda iki – SƏRƏNCAM

Bu gün Prezident İlham liyev “Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 yanvar tarixli 1705 nömrəli Sərəncamının ləğv edilməsi barədə sərəncam verib.
Mia.az xəbər verir ki, sərəncama əsasən,  “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına uyğun olaraq belə qərar verilib:
“Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 yanvar tarixli 1705 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 115) ləğv edilsin.
****
Prezidentin digər sərəncamı ilə  “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanını “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə də belə qərar verilib:
“Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 759; 2002, № 12, maddə 728; 2003, № 8, maddə 438, № 9, maddə 472; 2005, № 3, maddə 162, № 5, maddə 399, № 7, maddə 593, № 8, maddə 714; 2006, № 2, maddə 90, № 3, maddə 227; 2007, № 1, maddə 7; 2008, № 5, maddə 373) 1-ci hissəsinin yeddinci abzasından “, məcburi köçkünlərə və məskunlaşmamış qaçqınlara” sözləri çıxarılsın.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın