Ana səhifə / Siyasət / Prezidentdən daha bir icra başçısı – Təyinatı+Yenilənib

Prezidentdən daha bir icra başçısı – Təyinatı+Yenilənib

Nizami rayonuna yeni icra başçısı təyin olunub. Bu barədə məlumatı Azinforum.az saytı yayıb. Məlumata görə, yeni icra başçısı Arif Adil oğlu Qasımovdur. O, bu vəzifəyə Siyəzən rayon icra başçısı postundan təyinat alıb.

Arif Adil oğlu Qasımov 12 mart 1965-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xanlıqlar kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı və Naxçıvan Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib. Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi vəzifələrində işləmişdir. Sonuncu iş yeri Bakı şəhəri, Nizami Bələdiyyəsinin sədri vəzifəsi olub. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2011-ci il tarixli sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Evlidir. 3 övladı var.

Arif Qasımov Azinforum.az açıqlamasında təyinatı ilə bağlı xəbəri təsdiqləyib.

***

Sözügedən təyinatla bağlı artıq dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncam da açıqlanıb.

Prezidentdən daha bir icra başçısı - Təyinatı+Yenilənib

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın