Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Prezident seçkisinə kim, necə hazırlaşır?

Prezident seçkisinə kim, necə hazırlaşır?

Əksər partiyalar qərara gələ bilmir, namizədini elan edənlər isə…

Artıq prezident seçkisi ilinin ilk 10 günü arxada qaldı. Seçkiyə təxminən 9 ay qalıb. Lakin hələ ki ölkədə seçki ab-havası hiss olunmur. Hakim Yeni Azərbaycan Partiyası daxil olmaqla, partiyaların əksəriyyəti prezidentliyə namizədlərini hələ elan etməyiblər. Prezidentliyə namizədini cəmi bir neçə partiya irəli sürüb və ya elan edib. Bunlar Müsavat Partiyası (namizədi İsa Qəmbər), VİP (namizədi Əli Əliyev) və AG Partiyadır (Tural Abbaslı). Bəs siyasi partiyalarda seçki hazırlıqları gedirmi? Bu günə kimi hansı addımlar atılıb, yaxın dövr üçün hazırlıq planlarında nələr var?

İsa Qəmbərin sədrlik etdiyi Milli Strateji Düşüncə Mərkəzinin üzvü İsgəndər Həmidov bildirdi ki, seçki hazırlıqları istiqamətində bir sıra addımlar atılıb, digər siyasi qüvvələrlə müəyyən ilkin müzakirələr aparılıb və bu proses yaxın dövrlərdə davam etdiriləcək.

VİP sədri Əli Əliyev ile ilgili görsel sonucu

VİP sədri Əli Əliyev isə bildirdi ki, o, növbədənkənar seçkinin olacağı ehtimalının qaldığını hələ də düşünür. Lakin hesab edir ki, seçki zamanında-oktyabrda keçirilsə belə, qalan zaman o qədər də çox deyil: “Hələlik situasiya hakimiyyət alternativlərinin xeyrinə deyil. Müxalifətin pərakəndə olması, beynəlxalq aləmin ”dişsizliyi”, iqtidar komandasının zahiri də olsa bütövlüyü hakimiyyət alternativlərinin xeyrinə olmayan amillərdir. Bu halda gərgin beynəlxalq situasiya və artan iqtisadi sosial böhran müttəfiqimiz sayılmalıdır. Düzgün atacağımız addımlar xeyrə olan faktorları gücləndirə, hətta həlledici hala yüksəldə bilər. Biz VİP olaraq müxalifətdaxili inteqrasiyanı zəruri saymaqla yanaşı, partiya işlərimizi də mütəmadi icra edirik. Düşünürəm ki, inteqrasiya baş tutmasa, məhəlli uğurları  gözə almalıyıq. Ya böyük, həlledici, ya da kiçik məhəlli qələbələr üçün mübarizəyə hazırlaşmalıyıq”.

AĞ Partiyanın sədri Tural Abbaslı ile ilgili görsel sonucu

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, seçkilərə qalan vaxt azaldıqca AĞ Partiya olaraq öz işlərini intensivləşdirməyə çalışırlar: “Ancaq unutmaq lazım deyil ki, bu gün Azərbaycanda normal seçki mühiti yoxdur. Biz də partiya olaraq bu reallıqlarla hesablaşmağa məcburuq. Bu seçkilərə çoxlu sayda siyasi məhbus olan, siyasi partiyaların fəaliyyət göstərmək şəraiti olmayan, azad mətbuatın  boğulduğu bir dönəmdə gedirik. Bu sadaladığım hallar da partiyanın fəaliyyətinə, seçki hazırlıqlarına birbaşa mənfi təsir göstərir. Ancaq biz hələ keçən ildən partiyanın seçkilə bağlı fəaliyyət planını qəbul etmişik. Elə o zamandan da bu istiqamətdə fəaliyyət göstəririk. Bu gün gördüyümüz əsas iş ilk növbədə imza toplama mərhələsinə hazırlıqdır. Belə ki, 40 mindən artıq imzanı toplamağın təşkili işi çox ağır və məsuliyyətli bir işdir. Buraya imzaların toplanma şərtləri nəzərə alınaraq bölgələr üzrə imza toplayanların siyahılarının hazırlanması, onların maarifləndirilməsi və s. daxildir. Həmçinin sonrakı mərhələlərə də hazırlıq davam edir. Buraya namizədin təbliğat-təşviqat işinin təşkili daxildir ki, cəmiyyətə veriləcək mesajlar, şüarlar, vədlər və s. aiddir. Həmçinin seçkinin müşahidəsinin təşkili, seçki komissiyalarının işinə nəzarət işinin təşkili üçün də addımlar atırıq. Ən önəmli işlərdən biri də mətbuatla işin təşkilidir. Bu işdə də xüsusi planlı addımlar atılması nəzərdə tutulur. Ümumiyyətlə, demək istərdim ki, bu iş çox geniş və miqyaslı bir işdir, biz də AĞ Partiya olaraq çalışırıq ki, iştirak edəcəyimiz ilk seçkidə layiqincə təmsil olunaq və müsbət nəticələr əldə edək. Əminəm ki, bu seçkilər Azərbaycanda yeni siyasi dönəmin başlanğıcı olacaq. AĞ Partiya olaraq biz bu yeni siyasi mərhələdə söz sahibi bir siyasi qurum olmağa çalışacağıq və inşallah, buna da nail olacağıq”.

KXCP sədrinin müavini Xəzər Teyyublu ile ilgili görsel sonucu

KXCP sədrinin müavini Xəzər Teyyublu isə bildirdi ki, prezident seçkilərində iştirak  üçün ictimai-siyasi vəziyyət dəyərləndirilməli, ölkədə azad seçki mühitinin olmaması geniş təhlil edilməli, sonra məsələ partiyanın həm yerlərdəki şöbələri, həm də mərkəzi strukturları tərəfindən müzakirə olunaraq qərarlaşmalıdır: “Yəqin ki, yaxın vaxtlara müvafiq mövqe bəlli olacaq. Ancaq seçki hazırlıqları daim gündəmimizdədir. Regionda və ölkədə siyasi proseslərin dinamikliyi artmaqda davam edə bilər. Partiyanın bu ayın, yəni yanvarın 28-də keçiriləcək Ali Məclisində ictimai-siyasi vəziyyətin müzakirəsi zamanı seçki məsələsinə münasibət bildirilməsi istisna olunmur. Yaxşı olar ki, demokratik  qüvvələrin birliyə yönəlik addımları atılsın. Hazırda siyasi durğunluğu demokratik qüvvələrin böyük birliyi ilə aradan qaldırmaq olar”.

Samir Əsədli ile ilgili görsel sonucu

VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirdi ki, siyasi partiyaların işi seçkilərdə iştirak etməkdir. VHP də öz müvafiq qurumlarında bunu müzakirə edəcək: “Bu gün üçün seçki ilə bağlı partiyada qəti qərar yoxdur. VHP sədri Sabir Rüstməxanlı da seçki ilə bağlı tam olaraq mövqeyini bildirməyib. Partiyanın Ali Məclisinin toplantısında məsələ müzakirə ediləcək. Seçkiyə qədər partiyanın qurultayı nəzərdə tutulub. Qurultay seçkidə iştirak edib-etməmək, edəcəksə təkbaşına, yoxsa digər partiyalarla bir yerdə iştirak edib-etməmək barədə qərar verəcək. Bizim partiyanın seçki komissiyası və seçki departamenti var. Bütün seçkilərlə bağlı partiyanın hazırlığı hər zaman gedir. Bu strukturlar məhz bunun üçündür. Partiya qərar verəcəyi halda seçki departamentimiz də öz üzərinə düşən işi yerinə yetirəcək”.

 

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …