Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Prezident seçkilərində Azərbaycan xalqına uğurlar arzu edirəm” – Sinan Oğan

“Prezident seçkilərində Azərbaycan xalqına uğurlar arzu edirəm” – Sinan Oğan

“Öncə Azərbaycan xalqının Novruz Bayramını təbrik edirəm. İnşallah bu Novruz Azərbaycanın birliyinin, bütövlüyünün güclənməsinə, stabilliyinin davamına, işğal altında olan torpaqlarının da tez zamansa azad edilməsinə tez zamanda vəsilə olar”.

Bunu “Report”un Ankaraya ezam olunmuş müxbirinə açıqlamasında türkiyəli siyasətçi, keçmiş millət vəkili Sinan Oğan deyib.

S.Oğan aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı fikirlərini də bölüşüb: “Azərbaycan önəmli seçkilər ərəfəsindədir. Bu seçkilərdə Azərbaycan xalqına uğurlar arzu edirəm. Türkiyədəki siyasətçi olaraq Azərbaycandakı seçkiləri də yaxından izləyirik. Azərbaycanda stabilliyin davamlı olması üçün bu seçkiləri əhəmiyyətli hesab edirəm. İndidən seçkilərdə iştirak edən bütün tərəflərə uğurlar arzu edirəm”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …