Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Prezident seçkiləri ilə bağlı məhkəmələrə müraciət olmayıb

Prezident seçkiləri ilə bağlı məhkəmələrə müraciət olmayıb

Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı məhkəmələrə müraciət olunmayıb.

Ədliyyə Nazirliyindən APA-ya bildirilib ki, məhkəmələrdən əldə olunmuş məlumatlara əsasən aprelin 11-də keçirilən seçkiləri zamanı seçki qanunvericiliyinin tələblərinin pozulmasına dair bu işlərə baxmaq səlahiyyəti olan apellyasiya instansiyası məhkəmələrinə heç bir şikayət daxil olmayıb.

Eyni zamanda seçki prosesinin gedişatında hər hansı insidentlə bağlı rayon (şəhər) məhkəmələrinə də müraciət edilməyib.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …