Ana səhifə / Siyasət / Prezident işğaldan azad edilən kəndlərdən danışdı

Prezident işğaldan azad edilən kəndlərdən danışdı

“Bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm”.

Bunu Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında deyib.

“Əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaq, ədalətsizliyə son qoyacaq, 30 ilə yaxındır davam edən işğala son qoyacaq. Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı vətən həsrəti ilə yaşayır. Ermənilər və Ermənistan rəhbərliyi tərəfindən dədə-baba torpaqlarından didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyir”, – deyə Prezident çıxışında bildirb.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …