Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / PREZİDENT İKİ GENERALI İŞDƏN QOVDU!

PREZİDENT İKİ GENERALI İŞDƏN QOVDU!

Azərbaycan Silahlı Qüvvələrin Baş Hərbi İnspeksiyasının rəisi, Azərbaycanın Milli Qəhrəmanı general-mayor Fəxrəddin Cəbrayılov və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Mirzə Almasov vəzifələrindən azad olunublar. Bu barədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qərar qəbul edib.

Azinforum.az xəbər verir ki, məlumatı hərbi ekspert Üzeyir Cəfərov yayıb. Ü.Cəfərov bildirib:

“Dünən ölkə başçısı Silahlı Qüvvələrlə bağlı çox mühüm qərarlar qəbul edib. Onların içərisində ən çox diqqəti cəlb edən isə onun bir sıra vəzifəli şəxsləri yol verdikləri ciddi qanun pozuntularına görə tutduqları vəzifədən azad etməsi və sərt xəbərdar etməsi olub. Vəzifəsindən azad edilən və bu yaxınlarda haqqında ciddi tədbirlər görüləcəyi bəzi generallar nədənsə özlərini çox arxayın və az qala qanundan kənar hesab edirdilər.Onların əməlləri dövlət başçısının göstərişinə əsasən, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən hərtərəfli yoxlandıqdan sonra onlar barəsində artıq qərar qəbul edilimişdir. Kimliyindən və dünənə kimi hansı xidmətləri olmasına baxmayaraq, ölkə başçısı Müdafiə Nazirliyinin bir qrup vəzifəli şəxslərinə sonuncu xəbərdarlığını edib. Onlara müdafiə naziri general-polkovnik Zakir Həsənovun apardığı müsbət işlərdə dəstək olmağı, ona ordunun döyüş hazırlığının yüksəldilməsində, zabit və əsgərlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması işlərində yardımçı olmağı, hərtərəfli kömək göstərilməsini bir vəzifə olaraq tapşırmışdır. Onu da qeyd edim ki, müdafiə naziri özü şəxsən korrupsiya və rüşvətxorluq hallarına yol vermiş şəxslərlə bundan sonra bir yerdə xidmət keçməyin mümkün olmadığını bütün şəxsi heyətə bir daha çatdırmışdır.

Beləliklə, Ali Baş Komandan İlham Əliyevin qərarına əsasən, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Mirzə Almasov yol verdiyi ciddi qanun pozuntularına və nöqsanlara görə tutduğu vəzifədən azad edilimişdir. Həmçinin, Sİlahlı Qüvvələrin Baş Hərbi İnspeksiyasının rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Cəbrayılov da tutduğu vəzifədən kənarlaşdırılmışdır.
Çox yaxşı haldır ki, Ali Baş Komandan bundan sonra da özbaşınalığa və qanun pozuntusuna yol vermiş hər kəsi, kimliyindən asılı olmayaraq, ən sərt şəkildə cəzalandıracağını bəyan etmişdir. Yəqin ki, ordu sıralarında olan bəzi rəhbər vəzifəli şəxslər üçün də prezidentin dünənki addımı bir siqnal rolu oynayacaqdır.
Azərbaycanın Silahlı Qüvvələrində sağlam, savadlı və hərtərəfli hazır rəhbər şəxslər olmalıdır. Kim ki, qanunla ona verilmiş səlahiyyətlərdən sui-istifadə edir, Silahlı Qüvvələrimizin döyüş ruhuna öz çirkin əməlləri ilə xələl gətirir, onların yeri yəqin ki, başqa məkan olacaqdır.”

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın