Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Prezident Belçikada səfirlik binasının açılışında (FOTOLAR)

Prezident Belçikada səfirlik binasının açılışında (FOTOLAR)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Brüsseldə ölkəmizin Belçika Krallığındakı səfirliyinin yeni binasının açılışında iştirak edib.

Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov və binanın dizayneri, Belçikanın tanınmış memarı Filip Vanhereveqe dövlətimizin başçısına görülən işlər barədə məlumat verdilər. 

Brüsselin Tervuren prospektində yerləşən bina 2014-cü ildə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi tərəfindən alınıb, daxili əsaslı təmir edilib, fasadı isə yenilənib. Bina Avropa təsisatlarına çox yaxın məsafədə, Parmentier parkının yaxınlığında, çoxsaylı diplomatik missiyaların yerləşdiyi prospektdədir. 

Azərbaycan Prezidenti binanın rəmzi açılışını bildirən lenti kəsdi. 

Dövlətimizin başçısı binada yaradılan şəraitlə tanış oldu. Binanın girişi dövlət rəmzləri ilə bəzədilib. Burada dünyanın müxtəlif şəhərlərinin məşhur muzeylərində saxlanılan Azərbaycan xalçalarının fotoları, həmçinin 1870-ci il Təbriz xalçası nümunəsində əllə toxunmuş xalça da var. 

Daxili tərtibat işləri zamanı Qobustan qayaüstü rəsmlərinə də yer ayrılıb. Binanın birinci və ikinci mərtəbələri səfirliyin iş otaqları üçün nəzərdə tutulub. Burada səfirin, müşavirlərin və digər əməkdaşların, həmçinin konsulluq xidmətinin işçilərinin otaqları bütün zəruri avadanlıqla təchiz olunub. Bir sözlə, əməkdaşların səmərəli fəaliyyəti üçün binada hər cür şərait var. Binada, həmçinin səfirlik işçilərinin mənzilləri yerləşir. 

Dövlətimizin başçısı səfirliyin əməkdaşları ilə xatirə şəkli çəkdirdi. 

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …