Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Polşa-Ermənistan hərbi əməkdaşlığının sirləri açılır – TƏHLİL

Polşa-Ermənistan hərbi əməkdaşlığının sirləri açılır – TƏHLİL

Polşa Şərqi Avropada Rusiyaya qarşı öz təhlükəsizliyini genişləndirmək niyyətindədir. Bu baxımdan Polşa Rusiyanın Avroatlantika məkanı və xaricdə yerləşən regional mərkəzlərdə təsirinin mümkün genişlənməsinin qarşısını almaq üçün Moskvanınn diktə etdiyi zonaların zəifləməsinə xidmət edən layihələrə (Şərq tərəfdaşlığı layihəsi daxil olmaqla) dəstək verir və əməkdaşlığı inkişaf etdirir. Qarşıya qoyulan planlar NATO çətiri altında həyata keçirilir.

Rəsmi Varşava anlayır ki, Rusiyaya Qafqaz regionunda təsir etmək üçün onunla sıx əlaqələrə malik olan müttəfiq ölkələrdən biri Ermənistandır. Heç kimə sirr deyil ki, rəsmi İrəvanın təhlükəsizlik məsələləri ilə bağlı Rusiya ilə münasibətlərdə ciddi problemlər var. İrəvan-Moskva təhlükəsizlik “ittifaqı” daha çox şantaj üslubuna söykənir və bu proses anti-Rusiya erməni dairələri tərəfindən təhlükəsizliyə təhdid kimi qəbul edilir.

Prosesləri düzgün analiz edən Varşava hazırda Ermənistana alternativ təhlükəsizlik imkanları təqdim etməklə və ona milli dəyərləndirilmə seçimi verməklə
İrəvanın hərbi-siyasi rakursunu dəyişməyə çalışır.

Hesab edirlər ki, bu proses Ermənistanda Rusiya hərbi dairələrinin silah satışına kölgə sala, hakimiyyətin Qərblə bağlı mövqeyini möhkəmləndirə və Avropaya doğru daha qətiyyətli addım atmaq imkanı verə bilər. Bu baxımdan 2014-cü ilin oktyabrından Çarentsavan şəhərində işə başlayan və hərbi məhsullar istehsal edən müştərək PolşaErmənistan şirkəti – “Lubawa Armenia SA” (müəssisənin 51%-i Polşaya, 49%-i isə Ermənistana məxsusdur) müəssisəsi qeyd etdiyimiz məqsədlərə xidmət edir. Şirkət hazırda həm Ermənistanın silahlanmasına, həm də işğal altında olan Dağlıq Qarabağda yerləşdirilən qanunsuz silahlı birləşmələrə yardım edir.

Müəssisə Ermənistanın Müdafiə Nazirliyini multispektral maskalanma vasitələri, fərdi kamuflyaj, çadır, bədən zirehi və dəbilqə ilə, Ermənistanın Fövqəladə Hallar Nazirliyini isə bomba zərərsizləşdirmək üçün xüsusi qoruyucu geyimlər, şişmə qayıqlar və xilasetmə avadanlıqları ilə təchiz edir.

Göründüyü kimi, Polşa və Ermənistan arasında aparalan hərbi əməkdaşlıqda ikitirəlik mövcuddur. Bunun əsas səbəbi əməkdaşlığın hərbi əsaslara deyil, siyasi məsələlərə söykənməsidir. “Lubawa” şirkəti Ermənistan tanklarının modernləşdirilməsinə dair rəsmi müqavilə imzalasa da, sonradan rəsmi İrəvan Rusiyanın xeyrinə bu müqavilədən imtina edib. Bunun müqabilində Poşla “İskəndər”” OTRK-ların Kalininqradda (RF) yerləşdirilməsinə etirazını bildirib. Ermənistan tərəfi isə susmağa üstünlük verməklə vəziyyətdən çıxmağa çalışıb. Varşavadan səslənən bəyanatlar Ermənistanla gizli sövdələşmələrə dair şübhə yeri qoymur. İrəvan hakimiyyəti isə Rusiyanın qorxusu altında bu əməkdaşlığı gizlətməklə məşğuldur.

Bundan əlavə MSPO-2017 sərgisində “Lubawa” şirkətinin Ermənistanın Müdafiə Nazirliyi üçün BMP-2 piyada döyüş maşınları və tank imitatorları istehsal edəcəyini açıqlaması da əslində arxa planda böyük əməkdaşlıqların olduğundan xəbər verir.

Polşanın xarici işlər nazirinin müavininin Ermənistanın rəyini almadan belə həssas mövzu haqqında danışması təəccüb doğurmur. Polşa açıq müstəvidə Ermənistanla hərbi əməkdaşlığa maraqlı tərəf olduğunu göstərmək istəyir, İrəvan isə tam əksini – Rusiya ilə bağların birdəfəlik qırılmaması üçün Mosvaya “sadiqlik” obrazında görünməyə çalışır. Təbii ki, Rusiyaya açıq-aşkar xəyanət ehtimalı üzərindən Ermənistanın bu çağırışa müsbət cavab verməyəcəyi Polşa üçün başadüşüləmdir. Lakin, bu, o demək deyil ki, təklif edilən hərbi əməkdaşlıq gizli müstəvidə aparılmır və ya həyata keçirilə bilməz.  (AzVision.az)

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …