İlahiyyatçı alim Elşad Miri evindən baş verən oğurluqla bağlı yeni məqamlara aydınlıq gətirib.
Yenə bir müddət keçdi… Şübhələnmədiyimiz şəxslərin dindirildiyini öyrəndim.
Deməli, oğru Gürcüstan vətəndaşı imiş (!). Həm də 1 nəfər. Oğru Gürcüstandan gəlib bizim evimizi güdübmüş… 5 yaşlı oğlum dedi ki, ata bu qədər əşyanı bir nəfər apara bilməz… Amma hələlik bircə nəfər tutulub (!) və iddia olunan da budur. Oğrunu gətirənlərin heç biri də rus dilini bilmirdi. Nə müstəntiq, nə də digərləri… Çox maraqlı, daha doğrusu gülməli, əslində isə ağlamalı vəziyyət idi. Onlar bilmirdilər ki, ailəmin hamısı rus dilini mükəmməl bilən fərdlərdən ibarətdir. Oğruya rus dilində (başqa dil bilmirdi) istiqamətləndirici suallar verdik və təbii ki, 90 faizinə yanlış cavablar aldıq. Və orada dedim ki, gəlin oyun oynamayaq. Bunu bilmirəm hansı səbəbdən həbs etmisiniz, amma bunun boynuna qoymayın. Öyrədib gətirməyin də heç bir yeri yoxdu. Maraqlı bir-iki məqamı qeyd edim ki, oğru 2000 Azn evdən götürdüyünü iddia edir… Kameraları 250 dollara Gürcüstanda satıbmış. Amma nədənsə kameraların içində nə olduğunu oğru yox, polis iddia etdi… Gömrükdən necə keçirdiyi isə çox maraqlıdır.
Burada da çox qaranlıq bir neçə məsələ var. Sadəcə yazıb onlara arqument vermək istəmirəm. Bütün bunların hamısını kameraya çəkmişəm. Amma cinayət işini bağlamaq üçün bu cür yol(lar)a əl atmalarına baxmayaraq bu işin bu cür yekunlaşdırılmasına imkan verməyəcəm. Ölkə başçısına, müxtəlif qurumlara bir daha yazacam. Bir daha müraciət edəcəm. Bütün qüsurları bir-bir ətraflı izah edəcəm. Ta ki, ədalət bərqərar olana kimi… Kiminsə boynuna qoyub işin bağlanmasına imkan verməyəcəm. Təbii ki, hələ də ədalətin olduğuna inanaraq…”