Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Polad Bülbüloğlu Rusiyadan Babayanla bağlı İZAHAT İSTƏDİ

Polad Bülbüloğlu Rusiyadan Babayanla bağlı İZAHAT İSTƏDİ

“Özünü “Artsax Respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanın 21-27 iyun tarixlərində Rusiyaya “işgüzar səfər” etməsi və burada bir sıra görüşlər keçirməsinə dair erməni KİV-də yayılmış xəbərlərlə bağlı səfir Polad Bülbüloğlu tərəfindən Rusiya Federasiyasının səlahiyyətli orqanlarına sorğu ilə müraciət olunub”.

Bunu Azərbaycanın Rusiyadakı səfirliyi bəyan edib.

Səfirliyin yaydığı məlumatda bildirilib:

“Rusiya tərəfindən daxil olmuş rəsmi məlumata əsasən bildiririk ki, yuxarıda adı çəkilən şəxsin göstərilən tarixlərdə Rusiya ərazisində olması şəxsi məqsədlərlə əlaqədar olub, bu səbəbdən də tirajlanan “işgüzar səfər” xəbərləri həqiqəti əks etdirmir. Burada keçirdiyi bütün görüşlər şəxsi xarakter daşıyıb və Rusiyanın heç bir rəsmi şəxsi onunla görüşməyib.

Səfirlik bir daha vurğulayır ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli şəxslər Rusiya ərazisinə Ermənistan Respublikasının pasportu ilə daxil olurlar, belə “səfərlər” barədə yayılan xəbərlər təxribat xarakteri daşıyır, məqsədi ictimaiyyəti çaşdırmaq və Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaqdır”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …