Ana səhifə / Siyasət / Polad Bülbüloğlu Rusiya XİN-nə çağırıldı – “Skripal işi”nə görə (VİDEO)

Polad Bülbüloğlu Rusiya XİN-nə çağırıldı – “Skripal işi”nə görə (VİDEO)

Rusiyada akkreditasiya olan diplomatik nümayəndəliklərin rəhbərləri Rusiya XİN-nə dəvət olunub.
Azinforum.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, səfirlərin iştirak etdiyi görüşdə Böyük Britaniyada, Solsberi şəhərində Sergey Skripal və onun qızının zəhərlənməsi ilə bağlı vəziyyət müzakirə olunur.

Xatırladaq ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ötən gün bildirmişdi ki, bütün xarici ölkələrin səfirləri keçiriləcək görüşə dəvət olunub.

Böyük Britaniyanın Rusiyadakı səfiri bu görüşə gəlməkdən imtina edib. Rusiyanın Birinci telekanalının görüşlə bağlı yaydığı görüntülərdə Azərbaycan səfirinin görüşə gəldiyi görünür.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …