Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / PKK türkləri Ərdoğan əleyhinə üsyana çağırdı

PKK türkləri Ərdoğan əleyhinə üsyana çağırdı

PKK terror təşkilatı türk millətini AKP hökumətinə qarşı üsyana çağırıb.

Avropa.info xəbər verir ki, Şimali İraqın Qəndil dağındakı kamplarının bombalanmasından sonra İrana qaçan Murad Karayılan Cəmil Bayıkın rəhbərlik etdiyi PKK-nın bir qolu olan KCK İcra Şurası Fırat Xəbər Agentliyinə (ANF) yazılı bir açıqlama göndərib.

Bir sıra Qərb informasiya agentliklərində də dərc olunan açıqlamada terrorçular Gəziçiləri üsyana çağırıb: “Bu təcavüz qarşısında müqavimət göstərilmədiyi təqdirdə başda kürd xalqının azadlıq mübarizəsi olmaqla bütün demokratik qüvvələri əziləcək, beləliklə, AKP-nin avtoritar rejim yaratmaq məqsədinin qarşısında heç bir maneə qalmayacaq.

AKP-ni durdurmaq lazımdır . Bu baxımdan Türkiyə xalqlarının da Səfərdə olduğu kimi hərəkətə keçməsi, kürd xalqı ilə birlikdə AKP-nin oyunlarını pozması lazımdır. Gəzi ruhunun ayağa qalxmasının əsl zamanıdır”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın