Ana səhifə / Siyasət / PKK-dan HDP-yə ittiham

PKK-dan HDP-yə ittiham

Terrorçu PKK-nın Qəndil rəhbərlərindən Murat Karayılan HDP-nin həmsədri Səlahəddin Demirtaşı normal davranışlar sərgiləməməkdə günahlandırıb. O, Demirtaşı siyasi romantik kimi davranmaqda ittiham edib.
Koalisiya dartışmaları ilə bağlı olaraq maraqlı açıqlamalar verən Murat Karayılan HDP-ni tənqid edərək bildirib ki, partiyanın koalisiya ilə bağlı təklifləri romantikdir. Onun sözlərinə görə, HDP-nin koalisiya ilə bağlı yanaşmaları dardır. O, qeyd edib ki, cəmiyyət demokratik bir dəyişiklik tərəfdarıdır və HDP-nin buna liderlik etməsi lazımdır:

“Bu baxımdan daha güclü bir performansa və tempə ehtiyac var”.
Karayılan deyib ki, HDP-nin ölkənin gələcəyi ilə bağlı planları var və partiya hazırladığı qanunları ortaya qoymalıdır:

“HDP qanunlar çərçivəsində siyasət yürüdəcəyini ifadə etməlidir”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın