Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Pensiya yaşının azaldılması ilə bağlı Milli Məclisə təklif verildi

Pensiya yaşının azaldılması ilə bağlı Milli Məclisə təklif verildi

Pensiya yaşının artırılması 2017-ci ildə qəbul edilən qanunvericiliyə əsasən həyata keçirilir. Əmək pensiyaları ilə bağlı qanunvericilikdə edilən son dəyişikliklərdə bir sıra kateqoriyalar üzrə güzəştlər qeyd olundu. Məsələn, 1 və daha artıq övladı olan ailələrdə ananın pensiya yaşı azaldılıb.

Bu fikirləri hafta.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib:

“Digər dəyişikliyə əsasən əgər uşaqlar ata himayəsində olubsa, artıq bu, atalara da tətbiq olunacaq. Eyni zamanda daha zərərli işlərdə çalışan insanların pensiya yaşı 10-12 il azaldılır. Təbii ki, bizim də pensiya islahatları ilə bağlı bəzi təkliflərimiz var. Onlardan biri xüsusən də uşaq sayına görə pensiya yaşına yenidən baxılması məsələsidir. Artıq 5 və daha artıq uşaqları olan ailələrin sayı daha çox deyil.

Təklif edirik ki, bu rəqəm 3-5 və daha artıq uşaqlı ailələrə tətbiq olunsun. Yəni əgər ailədə 3, yaxud 5 uşaq varsa həmin ailələrdə ana, yaxud ata daha tez pensiyaya çıxsın. Bir sıra ölkələrdə qadınların pensiya yaşı ilə kişilərin pensiya yaşı arasında fərq var. Qadınlar daha tez təqaüdə çıxmaq hüququna malik olurlar.

Təkilf ondan ibarətdir ki, xanımlar üçün 63 yaş qorunub saxlanılsın, kişilərdə 65 yaş qalsın. Eləcə də pensiya kartlarından istifadə barədə təklifimiz var. Bəzi ölkələrdə pensiya kartlarından istifadə ilə bağlı çevik imkanlar yaranıb. Yəni pensiya kartından kommunal xidmətlər, kreditlərin ödənilməsi üçün istifadə edilə bilir. Təklif edirik ki, pensiya kapitalı böyük olan şəxslərə daha tez pensiyaya çıxmaq imkanı verilsin. Yaxud vətəndaş pensiyaya çıxmadan da öz kapitalından istifadə etsin. Pensiya kapitalı olan, amma tez rəhmətə gedən şəxslərin ailələrinin həmin pensiya kapitalından istifadə etməsi mümkün olsun. Bu gün əmək pensiyalarına olan dəyişikliyə görə şəxs vəfat edirsə, dünyasını dəyişən pensiya hüququ olan şəxsin təqaüdü pensiya hüququ olan ailə üzvləri arasında bölünür”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …