Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Pelosinin Ermənistana səfərindən nə gözləmək olardı?- Aleksandr İskəndəryana görə əslində heç nə…

Pelosinin Ermənistana səfərindən nə gözləmək olardı?- Aleksandr İskəndəryana görə əslində heç nə…

“ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərindən heç bir gözlənti yox idi. Doğrudur, hər gün ABŞ-dan belə yüksək rütbəli məmur Ermənistana gəlmir, amma bunu şişirtmək də olmaz”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu fikir erməni politoloq Aleksandr İskəndəryan tərəfindən səslənib.

İgəndəryanın sözlərinə görə, Pelosinin ermənipərəst mövqeyi heç kimə sirr deyildi və onun mövqeyi də heç dəyişməyib.

İsgəndəryan spiker Pelosinin səfərinin bölgədəki qüvvələr balansına necə təsir göstərəcəyi mövzusuna da toxunub.

“Sadəcə bəzi prosesləri dayandıra, onu yavaşlata bilər, lakin aradan qaldıra bilməz. Düşünmürəm ki, biz ABŞ-dan kütləvi şəkildə silah tədarükünü gözləməliyik. Bu, ciddi səslənmir. Gülləkeçirməz jiletlərin və ya gecəgörmə cihazlarının tədarükünü təsəvvür etmək olar, lakin Ermənistanın silahlarının 95%-dən çoxunu Rusiya Federasiyasından aldığı bir zamanda ağır silahların alınması fantastik görünür. Üstəlik, Pelosinin bütün bunlara dəxli də yoxdur”, – İskəndəryan əlavə edib.

Ekspert Pelosinin Ermənistanın müdafiə naziri ilə görüşünü Ermənistanın hazırda üzləşdiyi təhlükəsizlik problemi ilə əlaqələndirib və Suren Papikyanın bir müddət əvvəl ABŞ-a səfər etdiyini və orada siyasi görüşlər keçirdiyini xatırladıb.

“Onun səfərinin daxili siyasi komponenti də var. Tezliklə ABŞ-da seçkilər keçiriləcək və bu ölkənin erməni əsilli vətəndaşları çox vaxt, birləşmiş şəkildə səs verirlər. Digər tərəfdən, erməni seçicilərin ABŞ-da seçkilərin gedişatını dəyişə biləcəyini söyləmək çətindir”, – deyə politoloq qeyd edib.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …