Ana səhifə / Siyasət / “Paşinyanın imkanları aşağı səviyyədədir” – Azərbaycan vitse-spikeri

“Paşinyanın imkanları aşağı səviyyədədir” – Azərbaycan vitse-spikeri

Milli Məclisin vitse-spikeri  Bahar Muradova Ermənistanda baş verən son proseslərlə bağlı açıqlama verib. 

“Qafqazinfo” xəbər verir ki, B. Muradova qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasının tələb olunacağı öncədən də bəlli idi: “Paşinyanın Baş nazir seçilməsi prosesini yada salsaq, söyləmək lazımdır ki, bu, nə bugünkü parlamentin, nə də hökumət orqanlarının, nə də Ermənistanda hakimiyyətdə olan siyasi qüvvələrin marağında idi. Onun Baş nazir seçilməsi problemləri aradan qaldırmayıb, əksinə daha da dərinləşdirib. Bu da özünü ölkə daxilində gedən proseslərdə özünü qabarıq şəkildə göstərir.

Siyasətdə səriştə, vərdiş, diplomatik gedişlərə malik olmaq siyasətçi üçün vacib məsələdir. Paşinyanın bu imkanları aşağı səviyyədədir. Odur ki, Paşinyana əks qüvvələrin revanş götürmək istəkləri olacaq. Ermənistanda narazı siyasi qüvvələr ölkədəki durumu gərginləşdirməklə əvvəlki imkanlarını geri qaytarmaq niyyətindədirlər, onlar bu mübarizədə imkanlarını Paşinyana qurban vermək niyyətində deyillər. Bu münasibətlər gərginləşməyə doğru gedəcək.

Biz Ermənistan tərəfində Dağlıq Qarabağ probleminin həlli üçün adekvat təmsilçi görmək niyyətindəyik. Hansı siyasi qüvvənin hakimiyyətdə olması onların daxili işidir, amma kimin olmasından asılı olmayaraq Dağlıq Qarabağ məsələsində adekvat danışıq tərəfi kimi normal siyasətçi ilə üz-üzə olmaq istəyirik”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …