Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Paşinyanın açıqlamaları destruktiv xarakter daşıyır – Hikmət Hacıyev

Paşinyanın açıqlamaları destruktiv xarakter daşıyır – Hikmət Hacıyev

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Ermənistanın baş nazirinin qondarma rejimin danışıqlar prosesinin tərkib hissəsi olması və operativ əlaqənin qurulması barədə fikirlərini şərh edib.

H. Hacıyev deyib ki, Ermənistanın baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlar prosesində iştirak etməsi barədə açıqlamaları destruktiv xarakter daşıyır və tamamilə qəbuledilməzdir. Ermənistan gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal edib. İşğal olunmuş ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin qeyri-qanuni mövcudluğu davam edir. Ona görə də beynəlxalq hüququn imperativ normalarından irəli gələrək münaqişə tərəfi kimi məsuliyyət daşıyan dövlət Ermənistan Respublikasıdır. Bu kimi zərərli ritorikanın əvəzinə, mövcud format və gündəlik əsasında nəticəyönümlü danışıqlar intensivləşdirilməlidir.

“Operativ əlaqənin qurulması barədə səslənən fikirlərə gəldikdə isə onu deyə bilərik ki, bu, dövlət başçıları, xarici işlər və ya müdafiə nazirləri arasında qurulmuş əlaqə deyil. Bu kimi operativ əlaqə işçi qaydada müəyyən aşağı səviyyələr çərçivəsində qurulur. Ermənistan və Azərbaycan arasında münaqişə tərəfləri olaraq danışıqlar aparılır və bu baxımdan müəyyən təmasların olması normal haldır”, – deyə Prezident Administrasiyasının rəsmisi qeyd edib.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …