Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / Paşinyandan sonra Mnatsakanyan da məşhur TV-də biabır olub FOTO

Paşinyandan sonra Mnatsakanyan da məşhur TV-də biabır olub FOTO

Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan ABŞ-ın dövlət katibi Mike Pompeo ilə görüşdən sonra – oktyabrın 23-də CNN-ə müsahibə verib.

APA-nın xəbərinə görə, tanınmış xanım aparıcı Kristin Amanpurun qonağı olan Mnatsakaryan ona ünvanlanan çətin suallar qarşısında aciz qalıb. Müsahibənin əvvəlində o, humanitar atəşkəsi kobud şəkildə pozan və mülki şəxslərə qarşı təcavüz edən Ermənistanı müdafiə etmək üçün hər cür yolla bəhanə tapmağa çalışıb. Lakin Kristin Amanpour Mnatsakanyanın çıxışına bir neçə dəfə müdaxilə edərək, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsini xüsusi qeyd edib.

Xanım Amanpur erməni nazirə eyni zamanda 2008-ci il martın 14-də BMT Baş Məclisinin geniş iclasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamənin qəbulunu da xatırladıb.

Məlumat üçün deyək ki, 9 bənddən ibarət bu qətnamə BMT Baş Məclisinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair prinsipial mövqeyini bir daha ifadə edir. Sənəd Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək verir, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir, məcburi köçkün düşən azərbaycanlıların öz yurdlarına qayıtması üçün müvafiq şəraitin yaradılmasını özündə əks etdirir.

Attachment

Erməni nazir xanım aparıcının bu sualı qarşısında özünü itirir və eynilə bir müddət əvvəl BBC-yə müsahibəsi zamanı çətin vəziyyətə düşən baş nazir Paşinyan kimi mövzunu dəyişməyə çalışır. Aparıcının növbəti sualı da Ermənistanlı naziri çıxılmaz duruma salır. Kristin Amanpur Ermənistanın Baş naziri Paşinyanın açıq-aşkar Ermənistanın işğalçılıq siyasətini özündə əks etdirən “Qarabağ Ermənistandır” açıqlamasını yada salır. O, erməni nazirdən Paşinyanın bu millətçi və təxribatçı açıqlamasının nəyə hesablandığını soruşur. “Bu açıqlama, Ermənistanın Qarabağı özünə birləşdirmək istəməsi kimi qəbul edilə bilərmi ?”- deyən xanım aparıcı nazirdən izahat verməyi tələb edir. Mnatsakanyan isə növbəti dəfə suala cavab verməkdən yayınır . O iddia edir ki, bu cür bəyanatlar verməklə Paşinyan yalnız “Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizliyində Ermənistanın rolunu” düşünüb. Zohrab Mnatsakanyanın dilindən səslənən bu absurd cavab bir daha rəsmi İrəvanın qorxaq siyasət yürütdüyünü ortaya qoyur.

CNN-in canlı efirində çətin vəziyyətə düşən Ermənistanın xarici işlər naziri “Qarabağ Ermənistandır” deyən baş nazirinin əslində qeyri-səmimi və təhrif olunmuş, beynəlxalq qanunlara zidd açıqlama verdiyini etiraf etmiş oldu. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl BBC telekanalında yayımlanan “HardTalk” verilişinin qonağı olarkən də oxşar vəziyyətlə qarşılaşmışdı. Verilişdə aparıcı Stiven Sakurun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi obyektiv və həqiqəti özündə əks etdirən suallara cavab verərkən də biabır olmuşdu.

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …