Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Paşinyandan ilk etiraf: Müharibə bitməyib

Paşinyandan ilk etiraf: Müharibə bitməyib

“İyunun 19-da Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deputatların suallarını da cavalandırıb”.

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib:

“Paşinyana birinci sual Dağlıq Qarabağın danışıqlarda iştirakı məsələsi ilə bağlı olub. Paşinyan deyib ki, bu məsələ hər zaman onun gündəmindədir və elə bir görüş yoxdur ki, o, Dağlıq Qarabağ “təmsilçilərinin” danışıqlarda iştirakı məsələsini qaldırmasın. Sadəcə onu deməyib ki, bu məsələdə nəticə əldə etməyib. İkinci sual: “Son günlər təmas xəttində iki hərbçimizi itirmişik, müharibə başlaya bilərmi?” Paşinyan itkilərə toxunmadan deyib ki, sülh istəsələr də, müharibəyə hazır olmalıdırlar. Paşinyan belə bir ifadə işlədib: “Müharibə bitməyib”.

Politoloq vurğulayıb ki, Paşinyan çıxışı zamanı onun diplomatik səylərinin guya konkret nəticələri olduğunu da iddia edib, ancaq bu nəticələrin nədən ibarət olduğunu açıqlamayıb:

“Nikol Paşinyan əvvəl nə deyibsə, onları təkrarlayıb, bircə ifadədən başqa: “Müharibə bitməyib”. Onun bu fikri həqiqətə uyğundur, biz də hər zaman deyirik ki, müharibə bitməyib. Halbuki Ermənistanı idarə edənlər illərdir cəmiyyətlərinə təlqin edirdilər ki, guya torpaqlarımızı işğal etməklə məsələyə nöqtə qoyulub və guya müharibə onların xeyrinə bitib. Nikol Paşinyan isə erməni cəmiyyətinə bunun belə olmadığını izah edir və gələcək müharibənin anonsunu verir. Düz edir”.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …