Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Paşinyan Zəngəzurla bağlı təcili toplantı keçirdi

Paşinyan Zəngəzurla bağlı təcili toplantı keçirdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur bölgəsində təhlükəsizlik mövzusunda iclas keçirib.

Bu barədə erməni mətbuatı yazıb. Məlumata görə, iclasda sosial-iqtisadi məsələlərə xüsusi yer verilib.

Paşinyan çıxışı zamanı Sünik sərhəd zolağında ciddi dəyişikliklərin edildiyini diqqətə çatdırıb:

“İclasımız Sünik bölgəsinin problemlərinə həsr olunub. Bu gün çoxsaylı məsələləri müzakirə etməliyik. Məlum hadisələrlə əlaqədar Sünik sərhəd zolağında ciddi dəyişikliklər baş verdi. Bu gün Ermənistanın təhlükəsizliyini təmin etmək üçün bölgədə həyata keçirilən fəaliyyətimizi müzakirə etməliyik. Süniki dövlətçiliyimizin onurğası hesab etməyimin səbəbi var. Bütün ölkədə təhlükəsizliyi təmin etməli olsaq da, burada Sünik müstəsna əhəmiyyətə malikdir”.

Hökümət başçısı sərhəd icmaları statusunda olan topluluqların konkret sosial-iqtisadi proqramların müzakirəsinə xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb.

Bildirək ki, iclas zamanı Nikol Paşinyan icmaların və yolların təhlükəsizliyinin təmin edilməsi, “sərhəd məntəqələrinin müəyyənləşdirilməsi”, vətəndaşların əmlak ziyanının mümkün kompensasiyası və bir sıra digər məsələlərin həlli barədə məlumatlandırılıb. 

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …