Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Paşinyan: “Ümid edirəm ki, Rusiya, Ermənistan və Azərbaycan…”

Paşinyan: “Ümid edirəm ki, Rusiya, Ermənistan və Azərbaycan…”

“Mən səmimi qəbula görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkür etmək və Rusiyaya rəsmi səfərimin səmərəli olduğunu qeyd etmək istərdim”. 

Yenisabah.az News.am-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün, aprelin 22-də hökumətin iclasında deyib.

“Görüşlər zamanı ikitərəfli gündəliyin ən əsas məsələləri müzakirə olunub ki, bu da ER baş nazirinin və RF prezidentinin birgə bəyanatında əksini tapıb. Təbii ki, biz regional sabitlik və təhlükəsizliklə bağlı məsələlərə xüsusi diqqət yetirdik. Biz Ermənistan və Rusiyanın yanaşmalarının oxşarlığını qeyd edərək, regional kommunikasiyaların açılması prinsipləri ilə bağlı mühüm razılaşmalar əldə etdik.

Biz bu məsələdə bütün beynəlxalq tərəfdaşlarımızın ümumi mövqeyini ifadə edə bilərik və bunun fonunda mən Ermənistanın, Ermənistan ərazisindən keçməklə Şərqlə Qərbi birləşdirən dəmir yollarının və avtomobil yollarının tikintisinə başlamağa hazır olduğunu bir daha təsdiqləmək istəyirəm.

Ümid edirəm ki, Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin sədrliyi ilə bu məsələ üzrə üçtərəfli işçi qrupu tezliklə prosesə başlamaq üçün sənədləri işləyib razılaşdıra biləcək”, – deyə baş nazir bildirib.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …