Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Paşinyan iqtisadi fəlakətin qaçılmaz olduğunu dərk edərək vaxt qazanmağa çalışır” – Afsəddin Nəbiyev

“Paşinyan iqtisadi fəlakətin qaçılmaz olduğunu dərk edərək vaxt qazanmağa çalışır” – Afsəddin Nəbiyev

Sosial-iqtisadi göstəricilərin aşağı olması, pandemiya, müxalifətə yönəlik hücumlar və digər problemlər Ermənistan daxilində siyasi gərginliyi artırır. Baş nazir Nikol Paşinyan isə məsuliyyətdən yayınmaq üçün müxtəlif oyunlara əl atır.

Bu arada Ermənistanın “Aysor.am” saytı yazır ki, Paşinyan Konstitusiya islahatlarının köməyilə Ermənistan Prezidentinin səlahiyyətlərini artırmaq niyyətindədir. Bununla da Baş nazir prezident kürsüsünə gələrək, ölkədə istədiyi kimi hökmranlıq etmək istəyir: “Nikol Paşinyan söz verdiyi kimi, bütün sosial problemləri tez bir zamanda həll edə bilməyəcək. Hazırda Nikol özündən başqa kimisə cəzalandırmaq iqtidarında deyil. Konstitusiya islahatları isə ona bu imkanı yaradacaq. İndiki vəziyyətdə Paşinyanın bir məqsədi var: prezident taxtına yiyələnib, yeni baş nazir təyin etmək. Bununla da ölkənin bütün sosial narazılıqları yeni seçiləcək baş nazirə yönələcək. Paşinyan yaxşı başa düşür ki, hazırda nazirləri istefaya göndərməklə ölkədəki sosial narazılığın qarşısını almaq mümkün olmayacaq və o, hakimiyyətdəki yeganə hədəfdir. Yeni Konstitusiya hazırlandıqdan sonra isə Paşinyan Armen Sarkisyanı istefa verməyə məcbur edərək, onun kürsüsünə yiyələnəcək”.

Belə görünür ki, verdiyi vədlərin məsuliyyətindən qaçmaq üçün Paşinyan yeni taktika seçib. Onun bu kimi cəhdləri hansısa effekt verə bilərmi?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədrinin müavini Afsəddin Nəbiyevin sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın Konstitusiya islahatlarına getməsi siyasi islahat xarakteri daşımır: “Ölkədə sosial-iqtisadi vəziyyət elə bir həddə çatıb ki, Paşinyan vaxtilə ona səs verən elektoratın diqqətini başqa səmtə yönləndirmək və bununla vaxtı uzatmaq istəyir. Siyasətdə belə addımlara “Everton pəncərəsi” deyilir. Yəni Paşinyan cəmiyyətin yığılmış enerjisini başqa səmtə yönəldib, vaxt qazanmaq və sonra da prezident kürsüsünü ələ keçirmək istəyir. Ermənistanın maliyyə təhlükəsizliyinin təhdidlə üzləşməsini bir çox beynəlxalq təşkilat dəfələrlə elan edib. Dövlət Borcunun İdarə Edilməsi Şəbəkəsi (PDMN) Ermənistanın  xarici borcunun ən təhlükəli həddə çatdığını dəfələrlə bəyan edib. Dünya Bankı dövlət borcunun ÜDM-ə nisbəti göstəricisinin qarşıdakı dövrdə daha da pisləşəcəyini, ilin sonuna 57 faizə çatacağını proqnozlaşdırıb. Paşinyanın hətta belə göstəricilərlə, iqtisadi təhlükəsizliyin bu həddə olması vəziyyətində Azərbaycana qarşı provokasiyalara da getməsi xüsusilə vurğulanmaqdadır. Ona görə də Paşinyan həm pandemiya, həm də iqtisadi fəlakətin qaçılmaz olduğunu dərk edərək, Konstitusiya islahatları adı ilə gündəmi dəyişdirərək vaxt qazanmağa çalışır. Ancaq böhranı idarə edə biləcəkmi, bunu zaman göstərəcək”.

Siyasi ekspertin fikrincə, vaxt uzatmaqla ciddi uğura nail olmaq mümkün deyil.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …