Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Paşinyan Ermənistanın aprel müharibəsindəki məğlubiyyəti barədə

Paşinyan Ermənistanın aprel müharibəsindəki məğlubiyyəti barədə

Ermənistanda yenidən 2016-cı ilin aprel müharibəsinin bu ölkə üçün acınacaqlı nəticələrini müzakirə edirlər. Ermənistann bu müharibədəki məğlubiyyəti barədə hökumət başçısı Nikol Paşinyan da danışıb.

Virtualaz.org “news.am” portalına istinadən xəbər verir ki, Ermənistanın hərbi uğursuzluğu ətrafında yeni ümummilli müzakirələrin başlanmasına səbəb Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının kəşfiyyat idarəsinin keçmiş rəisi, general-mayor Arşak Karapetyanın baş nazirin müşaviri təyin edilməsi olub. Arşak Karapetyan 2016-cı ilin aprel müharibəsində ciddi səhvlərə yol verməkdə ittiham olunur.

“Arşak Karapetyanın dördgünlük müharibəyə görə məsuliyyət daşıdığını deyənlər əslində bu hadisələrə görə ondan yüksəkdə duranların məsuliyyət daşımadığını bildirirlər. Mən dördgünlük müharibə haqqında onlarla, yüzlərlə səhifə gizli materiallarla tanış olmuşam və orada həmin günlərdə kəşfiyyat materiallarının çatışmazlığı haqqında məlumata rast gəlməmişəm. Aprel müharibəsi üzrə çox suallar var və biz onlara cavabları sakit tərzdə axtarmalı, bunun yol verilən hissəsini ictimaiyyətə çatdırmalıyıq”, – Paşinyan deyib.

Baş nazirin vəzifələrini icra edən qeyd edib ki, aprel müharibəsi ətrafında son müzakirələr “mənə də maraqlı gələn çox sualların olduğunu göstərir və bu gün mən onlarla məşğulam. Bu, gələcək üçün də vacibdir”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …