Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / Paşinyan danışıqlara hazırdır, amma şərt qoyur – Müharibə dayanmayacaq…

Paşinyan danışıqlara hazırdır, amma şərt qoyur – Müharibə dayanmayacaq…

Rusiya KİV-nin məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada Qarabağ üzrə danışıqlar aparmaq üçün görüşməyə hazır olduqlarını bildiriblər. Ölkə liderləri oktyabrın19-da Rusiyanın «TASS» informasiya agentliyinə verdikləri paralel müshibədə bunu ifadə ediblər.

Ermənistanın Baş naziri bildirib ki, Qarabağ münaqişəsi istisnasız olaraq, dinc yollarla həll olunmalıdır (necə ki, 30 ilə yaxındır, «həll olunur»!). «Və mən, belə nəticə əldə etmək üçün görüşməyə, danışmağa bütün lazımi səyləri göstərməyə, o cümlədən, danışmaq üçün getməyə hazıram» – Paşinyan bildirib.

Məqamındaca qeyd edilməlidir ki, bu, Paşinyanın (Lavrovla birlikdə!) növbəti kələyidir – bu niyyət onun dediklərindən açıq-aydın hiss olunur. Bunu anlamaq üçün siyasət alimi olmağa ehtiyac yoxdur, anlayıb da ciddiyə almamaq isə sadəlövhlükdən başqa bir şey deyil.

Bunu duymaq üçün erməni tərəfin açıqlamasının ardına diqqət yetirmək kifayətdir. Onlar bildirirlər ki, erməni tərəf üçün Dağlıq Qarabağın statusu məsələsi birinci dərəcəli məsələ olaraq qalır. «Mən, dəfələrlə demişəm və bu, faktiki olaraq, bütün dövrlərdə Ermənistanın rəsmi mövqeyi olaraq qalıb – Dağlıq Qarabağın öz müqəddəratını həll etmək hüququ, başqa sözlə, Dağlıq Qarabağın statusu bizim üçün strateji əhəmiyyətli rol oynayır» – Paşinyan deyib.

Əslində bu, danışıqlar üçün açıq qeyd-şərtdir ki, Azərbaycan üçün, məhz indiki şəraitdə məqbul sayıla bilməz. Başqa sözlə, Paşinyanın bu «şərti» elə indidən onu «üç hərfdən ibarət ünvana» göndərməyə bəs edər.

Azərbaycan Prezidenti isə öz növbəsində, bəyan edib ki, əgər Ermənistan «konstruktiv mövqe tutarsa» hərbi əməliyyatları dayandırmağa hazırdır. Ötən dövrün təcrübəsi göstərir ki, Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli məsələsində Nikol Paşinyan açıq-aşkar «fahişə mövqeyi» sərgiləyib. O da şübhəsizdir ki, ağlı başında olan heç kim fahişəyə inanmaz, bel bağlamaz. Ona görə indiki şəraitdə dünya bunu bizdən gözləməməlidir. AzPolitika.info

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …