Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / “Paşinyan bunu etməsə, ağır zərbələr alacaq”

“Paşinyan bunu etməsə, ağır zərbələr alacaq”

“Proseslərin bundan sonra nisbətən problemsiz və revanşizmdən kənar getməsi gözlənilir. Həmçinin Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırma xəttinin əsas götürüləcəyi ehtimal edilir. Ümidvaram ki, Paşinyan tərəfindən sadalananlar həyata keçiriləcək. Çünki bunsuz Ermənistanın gələcəyi yoxdur”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. Millət vəkili Ermənistandakı parlament seçkilərindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin hansı səviyyədə inkişaf edəcəyini diqqətə çatdırıb:

“Paşinyan İkinci Qarabağ savaşında məğlub olan tərəf kimi həm 2020-ci ilin noyabrında, həm də 2021-ci ilin yanvarında Vladimir Putin və İlham Əliyevlə birlikdə bəyanat imzalayıb və həmin bəyanatların bütün müddəalarının altında onun imzası olduğuna görə o, məsuliyyət daşıyır. Yəni müddəaların hər biri yerinə yetirilməlidir. Ermənistanda müharibədən sonra vəziyyət çox kritik idi. Belə ki, orada emosiyalar yüksək səviyyədə idi, revanşistlər proseslərə təsir göstərməyə çalışırdı və Paşinyan ən müxtəlif şəkildə küncə sıxışdırılırdı. İndi artıq bunlar yoxdur, Paşinyan xalqın etimadını qazana bildi və legitim hakimiyyətini formalaşdırdıqdan sonra, dediyimiz kimi, Rusiya və Azərbaycanla münasibətlərini normallaşdırmalıdır. Azərbaycanın qələbəsini qəbul etməli, ərazi bütövlüyünü tanımalı, ölkə prezidenti səviyyəsində təklif edilən sülh sazişinin bağlanmasına müsbət münasibətini ortaya qoymalıdır”.

Deputat vaxtilə Ermənistan tərəfindən zəbt olunan bütün sərhədboyu torpaqların geri qaytarılmasının da önəmini vurğulayıb:

“Sərhədlər dəqiqləşməlidir. Azərbaycanla normal münasibət qurub sülh sazişi bağladıqdan sonra təbii ki, regional münasibətlərin yeni müstəvidə inkişaf perspektivləri özünü göstərəcək. Xüsusi olaraq Zəngəzur dəhlizinin açılması ilə bağlı ciddi addımlar atılmalıdır. Çünki bütün bunların hamısı ilə bağlı vaxtilə Paşinyanın imzalamış olduğu bəyanatlar var və müddəaları Azərbaycan yerinə yetirdiyi kimi, Ermənistan da yerinə yetirməlidir, bunu etməsə, ölkə daha ciddi, ağır zərbələr ala bilər”.

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …