Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Paşinyan Azərbaycanla sülh danışıqlarına hazır olduğunu açıqlayıb

Paşinyan Azərbaycanla sülh danışıqlarına hazır olduğunu açıqlayıb

Ermənistan Azərbaycanla sülh danışıqlarının aparılmasında maraqlıdır. TASS xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə Rusiya prezidenti Vladimir Putin və Azərbaycan lideri İlham Əliyevlə görüşündə deyib.

“Hesab edirəm ki… çoxlu məsələlərə ehtiyac var və onları ikitərəfli və üçtərəfli formatda müzakirə edib həll etmək olar. Ermənistan və Azərbaycan rəsmiləri arasında birbaşa təmaslar da planlaşdırılır”, – Paşinyan qeyd edib.

Ermənistanın baş naziri həmçinin qeyd edib ki, Soçidə keçirilən görüşdə İrəvan və Bakıda regionda sabitliyin yaradılması ilə bağlı konkret qərarlar qəbul edilib. “Əsas odur ki, bu gün biz Cənubi Qafqazda sabitliyin yaradılması ilə bağlı konkret və ya mümkün qədər konkret qərarlar qəbul edə bilmişik, çünki bu, bizim məsuliyyətimizdir – sülh, sabitlik və insanların təhlükəsizliyi”, – o vurğulayıb.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …