Ana səhifə / Siyasət / Paşinyan Azərbaycan dilində danışdı: “Talançı, görməmiş…” – VİDEO

Paşinyan Azərbaycan dilində danışdı: “Talançı, görməmiş…” – VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” sosial şəbəkəsi vasitəsilə etdiyi ənənəvi canlı yayımlardan birində Azərbaycan dilində danışıb. Yeniavaz.com xəbər verir ki, 2 gün əvvəl işə gedərkən avtomobilində çəkdiyi video zamanı həbs olunan erməni general Manvel Qriqoryan və onun tərəfdarlarına xitabən “normal, standart talançı, görməmiş” ifadələrini işlədib.
Çıxışı zamanı keçmiş iqtidar partiyası – Respublikaçılar partiyasının mətbuatda onun əleyhinə əks-təbliğat apardığından şikayətlənib. Baş nazir mətbuatda onun barəsində qərəzli yazılar yazıldığını və bunun bəzi şəxslər tərəfindən sifarişlə yazdırıldığını deyib. O deyib ki, mətbuatın 90%-i keçmiş iqtidar mənsublarının nəzarəti altındadır: “Onlar mətbuat vasitəsilə təbliğat aparırlar ki, guya hakimiyyət dəyişikliyindən sonra Ermənistanda heç bir dəyişiklik olmayıb. Məqsədləri mənim nüfuzumu aşağı salmaqdır”.
Məlumat üçün qeyd edək ki, ermənilər danışıq dilində Azərbaycan sözlərindən geniş şəkildə istifadə edirlər. Eyni zamanda erməni ədəbi dilində də türk mənşəli sözlər kifayət qədər çoxdur. Bəzi erməni dilçilərinin yazdığına görə müasir erməni dilinin təxminən 40%-i türkmənşəlidir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …