Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Partiya sədrlərini “dəlilik testi”ndən keçirmək təklifi

Partiya sədrlərini “dəlilik testi”ndən keçirmək təklifi

Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin son ictimai müzakirəsi zamanı Azərbaycanda partiya sədrlərinin psixoloji durumunun yoxlanılması təklif edilib. Bu təkliflə Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə çıxış edib.

O bildirib ki, bu məsələ ilə əlaqədar bir sıra amillərə diqqət edilməlidir: “Hesab edirəm ki, biz bunu etməklə ölkəmizin siyasi mühitini qoruya bilərik. SSRİ rəhbəri Stalinin, faşizmin aparıcı lideri Adolf Hitlerin, eləcə də ”qırmızı terror”un müəllifi Leninin sonradan psixoloji xəstəliklərinin olduğu məlum olub. Ona görə də “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində bu barədə müddəanın əksini tapması vacibdir”. A. Mollazadənin bu fikri neçə gündür ki, müzakirələrə səbəb olub. Bununla bağlı  A. Mollazadəyə dəstək verənlər də var. Xüsusilə, sosial şəbəkələrdə qeyd edilir ki, əslində bəzi partiya sədrlərinin davranışlarına nəzər saldıqda Asim Mollazadənin əbəs yerə bu cür təkliflə çıxış etmədiyini görmək mümkündür. Onlar səsləndirdikləri fikirlərlə, sərgilədikləri davranışlarla zaman-zaman cəmiyyətin gülüş hədəfində olublar. Buna misal olaraq, Vəhdət Partiyasının sədri Tahir Kərimlinin “oyuncaq əjdaha” ilə video yayması göstərilir. Eləcə də Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin bəzi açıqlamalarına diqqət çəkilir. 

Məsələ ilə bağlı Asim Mollazadə ilə əlaqə saxlayaraq, səsləndirdiyi təklifin nəyə əsaslandığını soruşduq. O, “Yeni Müsavat”a dedi ki, fikirləri düzgün anlaşılmayıb: “Çox təəssüf ki, Azərbaycanda psixologiya ilə psixiatriyanın fərqini düzgün anlamırlar və düzgün araşdırmırlar. Mənim təklifim ondan ibarətdir ki, ruhi xəstələri siyasətdən uzaqlaşdırmaq lazımdır. Söhbət psixiatriyadan, şizofreniyadan gedir. Onun üçün də müvafiq sənədlər toplayanda, hansısa psixoloji testdən keçirməyə ehtiyac yoxdur, bunu düzgün anlamırlar.  Söhbət ruhi xəstəliklərdən gedir. Bununla bağlı müvafiq arayış tələb olunmalıdır. Qanunda partiyaların qeydiyyatı ilə bağlı yüzlərlə arayışlar tələb olunur. Amma həkimdən ciddi arayış, məhz müvafiq ruhi xəstəliklərin mövcudluğu ilə bağlı, yaxud da olmaması ilə bağlı arayış da tələb olunmalıdır. Yəni, müvafiq strukturlarda ruhi xəstə kimi qeydiyyatda olan adamlar Azərbaycan siyasətindən uzaqlaşdırılmalıdır”. 

Oxu.az - Hafiz Hacıyev xəstəxanaya yerləşdirildi

Hafiz Hacıyev

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deputatın fikrinə sərt təpki göstərdi: “Asim Mollazadə ilk olaraq özü müayinədən keçsin. Azərbaycanı ona görə bu günə qoyublar ki, bu cür deputatlar var. Nə danışığını bilir, nə oturuşunu. Özü Azərbaycan dilində danışmağı öyrənsin, sonra danışsın”.

Ülviyyə Murtuzova: Qadınlara qarşı zorakılıqla mübarizədə əzmkarlıq nümayiş  etdirməliyik » XalqXeber.Az | Son xeberler Azerbaycan xeberleri

 Ülviyyə Murtuzova

Tanınmış psixoloq Ülviyyə Murtuzova mövzu ilə bağlı dedi ki, insanda yaranan bütün nevroloji, problemlərin psixotrip, tibbi və bioloji problemlərin ilkin başlanğıcı psixoloji problemlərdən başlayır: “Bütün qəbul olunan işə istər özəl və dövlət strukturlarında,  istənilən müxtəlif sektorlarda işə götürən insanların ən aşağı pillədən belə işə götürən hər bir şəxsdə psixoloji mütləq test aparılmalıdır. Ailə quranda artıq indi psixoloji testlərin və ona uyğun tibbi arayışların alınması son dönəmlərdə artıq qanun halına çevrildi. Bu, bəlkə də gecikmiş bir hal idi. Amma çox yaxşı ki, bunlar oldu. Sonradan ailədə olan təcavüzün, şiddətin, cinayətin, qətllərin səbəbini araşdıranda göstərildi ki, bütün bunların kökündə psixoloji problemdir. Ciddi psixoloji problemi olan və bu psixoloji immuniteti daşıya bilməyən heç bir insan nə sosiallaşa bilər, nə  kollektivə uyuşa bilər, nə iş sferasında ona lazımi göstəriş verilən işin öhdəsindən gələ bilər. Və insanlarla münasibətdə və kontaktda olmaqdan özünü təcrid edib və yaxud da özünü anormal hallarda göstərərək ətrafa və özünə xəsarət vəziyyətlərini yarada bilər. Burada birbaşa təhlükənin mənbəyi qoyulur. Təbii ki, burada bir neçə dəyərləndirmə var. İnsanı birinci fiziki dəyərləndirmədən başlayırsa, ümumi tibbi müayinə götürülürsə, bunların əsas kökündə və birinci pilləsində nevroloji müayinə durur. Eləcə də, anatomik beyin müayinəsi, psixoloji yanaşma, psixodinamik tərz  durur. Bir neçə pozuntular var ki, insanın əqli və zehni pozuntuları insanın birbaşa özünü idarə və kontroldan geri çəkir. Burada zehni pozuntular götürülə bilər. Zehni problemlərin yayılma tezliyi və intensivliyi götürülə bilər. Patoloji davranışlar, zehni problemlərin psixoloji təməllə olan bağlılıqları götürülə bilər. Bir neçə formada pozuntular var ki, insanlara basqı edərək, gözünü qorxudaraq hegemonluq edirlər. Yəni bu insanlar kollektivdə mənəm-mənəmliyi, eqonun yüksək dərəcəsini göstərirlər. Təbii ki, bunun bir neçə göstərici ola bilər, beyin zədələnməsinin klinik göstəricisi ola bilər, diffuz zədələnmə, nevropsixoloji və psixopatoloji təsirlərdən yarana bilər. Əslində bir neçə pozuntu var ki, insanların sosiallaşmasında özünün kimlik tablosunu ortaya qoymasında birbaşa əks göstərici verir. Bunlarla bərabər  bir neçə test var ki, insanın kimliyini, onun şəxsiyyətini tanıma, kimliyini ortaya qoyur. Bu testləri aparmaqla insanın nə dərəcədə özünü tanıması, özlərini tapması, özünün fərdi və kimlik konsepsiyasını ortaya qoymasına bir daha dəlalət edir”.

Psixoloq qeyd edir ki, istənilən dövlət qurumunda çalışan hər bir insan bu testdən mütləq keçməlidir ki, özünün cəmiyyətdə təsdiqini sübut edə bilsin: “Özünə və ona həvalə olunan işin öhdəsindən bacarıqla gələ bilsin. Və öz etimadını doğruldaraq ətrafa ziyan yox, daha çox mənfəət və xeyir verə bilsin. Bu testlər aparılmadan onlarda bayaq sadaladığım pozuntular varsa, əqli, zehni gerilik, müəyyən belə psixoanalitik nəzəriyyənin əsasında duran bir neçə ciddi, nevroloji və psixoloji, psixo-nevroloji problemlər durursa, heç bir formada bu insanlar nə başqa insanlara nümunə ola biləcək, nə ictimai status qazana biləcəklər. Eyni zamanda bu insanlar mətbuatdan və televiziyalardan çıxaraq bir mesajı insanlara ötürə, kiçik bir kütləni belə öz ardınca apara bilməzlər. Çünki bu hüquqa və bu səlahiyyətə o şəxslər sahib deyil. Ciddi problem yaşayan insanların ümumiyyətlə böyük bir qurumları və təşkilatı idarə etməsi cəmiyyətə və gələcək nəslə ən böyük təhlükədir”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …