Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Partiya sədrləri ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə ediblər

Partiya sədrləri ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə ediblər

Azərbaycan Liberal Demokrt Partiyasının (ALDP) sədri Fuad Əliyev Yeni Yol Partiyasının (YYP) sədri Ramil Hüseynov ilə görüşüb.

Görüşdə ictimai-siyasi vəziyyət, son zamanlar baş verən bahlaşmanın xalqımıza təsirləri barədə fikir mübadiləsi aparılmışdır. Hər iki partiya sədri qiymət artımlarının əhalimizin yaşayış səviyyəsinə mənfi təsir göstərməsini qətiyyətlə pisləyib, hökumətin sosial-iqtisadi sahə üzrə yeni proqram layihələrinin həyata keçirməsini labüdlüyünü qeyd ediblər.

Partiyalar arasında gələcək əməkdaşlıq məsələləri də müzakirə mövzusu olub.

ALDP sədri Fuad Əliyev YYP-nin gələcək fəaliyyətində uğurlar arzu edib.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …