Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Partiya sədrinin müavini: “Razılıq vermisinizsə, kim çox “yal” verir, onun iti olun…”

Partiya sədrinin müavini: “Razılıq vermisinizsə, kim çox “yal” verir, onun iti olun…”

“Son günlər ölkəmizdə olan təsir agentləri aktivləşərək dövləti gözdən salma kampaniyasına yenidən start veriblər (xüsusilə də güc strukturları ilə bağlı aparılan qara piar kampaniyasına diqqət çəkmək istərdim). Eyni zamanda Qərbin casus şəbəkəsinin üzvləri, Rusiyaya xidmət edənlər, İranın kölələri, digər böyük güclərin Azərbaycandakı əlaltıları bir birilərini satqınçılıqda ittiham edərək “Biz daha yaxşıyıq, o biriləri pisdir” fikrini də formalaşdırmaq üçün iş aparırlar. Biri digərini “beşinci kolon” olmaqda günahlandırır, vətən xaini çıxarır”.

Bunu Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov bildirib.

“Bu zavallılara çatdırın ki, onsuz da hamınız köpəksiniz. Çalışın köpək olmayın, it olmağa razılıq vermisinizsə, o zaman nə fərqi var, kim çox yal verir, onun iti olun. Dövlətimizi köpəklərə yem etmərik! Vətən azaddır, böyük Vətənə doğru addım-addım!” – o qeyd edib.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …