Son günlər FHN-in artıq keçmiş zabitinin gündəmi zəbt etmiş porno videolarının yayılması, ictimaiyyətdə böyük əks – səda doğurub.
Əlbəttə ki, bu hərəkət, ilk baxışda mənəviyyatsız və əxlaqsız hərəkətdən savayı bir əməl deyildir. İstər sosial şəbəkələrdə, istərsə də adi məişət səviyyəsində diskussiyaya səbəb olan bu yaramaz əmələ münasibət də əsasən pozğunluq prizmasından dəyərləndirilərək müzakirə olunur. Bu həqiqətdə də belədirmi? Yəni artıq kifayət dərəcədə həyat təcrübəsi qazandığın bir yaşda ehtiras və çılğınlıq sənin iradəni belə asanlıqlamı sındırdı? Bəlkə məsələyə başqa bir prizmadan yanaşaq?
Təsəvvür edin. Yuxarıda qeyd etdiyim kimi kifayət qədər həyat və iş təcrübəsinə malik olan birisi, öz xidməti otağında, elə həmin nazirliyin əməkdaşları olan əks cinsin nümayəndələri ilə görüşərək onlarla cinsi əlaqədə olur və bu zaman bütün bunlar, videomaterial vasitəsi ilə qeydə alınır. Təəccüblüdür, deyilmi? Əxlaqsız hərəkətin mövcudluğu faktını bir kənara qoysaq, heç bir sağlam düşüncəli insan əslində özünə qarşı onu sonradan ləkələyə biləcək kompromat toplaya bilməz. Əlbəttə ki, burada sonradan xatırlamaq üçün video və ya foto nümunələrinin toplanmasından söhbət açmaq məncə gülünc hərəkət olardı. Bəs o zaman əsl səbəbi harada və nədə axtarmalı?
Xidmət otağının sahibi olan personajın dəyişməz olaraq qalması, ora təşrif buyuran əks cins nümayəndələrinin müxtəlifliyi, məkanın həm də əməliyyat xarakterli tədbirlər keçirilməsinə müvafiq olaraq seçilməsini özlüyündə əks etdirən bariz nümunədir. Çəkilişlər yüksək keyfiyyətlə, vəziyyəti ətraflı şəkildə müşahidə etməyə uyğun və statik nöqtədən aparılmışdır. Əlbəttə ki, sadaladıqlarım sırf texniki məsələlərdir. Məsələnin əsas sual doğuran tərəfi isə budur – çəkiliş kim və yaxud kimlər tərəfindən və hansı mqəsədlərlə aparılmışdır?
Çəkilişin dediyim kimi kim və yaxud kimlər tərəfindən aparılması məsələsini hələlik bir kənara qoymaq istəyirəm. İndiki halda bizi, məqsəd maraqlandırır. Məqsəd isə iburada birmənalı şəkildə tam aydındır – insanların ləkələnərək sonradan hansısa hərəkətlərə sövq edilməsi. Bir az da geniş yanaşsaq, burada şantaj yolu ilə əməkdaşlığa cəlb etmə, dövlət, hərbi və digər mühüm sirrləri əldə etmə və s. hallar özünü göstərə bilər. Belə olduğu halda məsələ, gördüyümüz, düşündüyümüz və müzakirə etdiyimiz dərəcədə də sadə deyildir.
Məsələnin aydınlaşdırılması isə hüquq – mühafizə orqanlarının öhdəsinə düşəcək bir vəzifədir ki, yaxın zamanlarda da bütün bunlara aydınlıq gətiriləcəyinə əminəm.
Elşən Həsənov,
Azərbaycan Sosialist Partiyasının sədri